Ailə dəyərlərini bərpa etmək üçün nə etmək lazımdır? Bu gün bir çoxları işsizlik və mənzil problemini əsas gətirir. Lakin tarixə nəzər salsaq, əvvəllər də bu imkanlar hər kəs üçün əlçatan deyildi. Buna baxmayaraq insanlar ailə qururdular. Bəs nə baş verdi ki, müasir gənclər nikahdan uzaqlaşmağa başladılar?
Azmedinfo.az ruh və təfəkkür sağlamlığı silsiləsindən növbəti yazını təqdim edir.
İnsanı ailəyə, qarşı cinsə bağlayan əsas amillərdən biri yaradılışdan gələn fizioloji və psixoloji istəkdir. Sovet dövründə gəncləri bir-birinə bağlayan məhz bu təbii cazibə idi. Bəs bu gün həmin hissiyyatın və psixologiyanın təsirini azaldan nədir? Mənzil və iş məsələsi problemin yalnız yarısını təşkil edir. Digər səbəblər isə bir sıra amillərlə bağlıdır.
Birincisi qidalanma amilidir. Qəbul etdiyimiz qidalar və onların tərkibi bioloji istəklərimizə təsir edə bilər. Hormonal balansa təsir edən qeyri-sağlam qidalanma qarşı cinsə olan marağın və təbii hissiyyatın zəifləməsinə yol açır.
İkincisi, estetik doyumluluq və geyim tərzidir. Estetik anlayışların dəyişməsi və geyim tərzindəki həddindən artıq açıqlıq, əlçatanlıq illuziyası, vizual doyumluluq yaradır. Bu hal qarşı cinsə olan sirli marağı və psixoloji cazibəni azaldaraq nikah motivasiyasını zəiflədir.
Üçüncüsü, müvəqqəti münasibətlərin əlçatan olmasıdır. Cinsi ehtiyacların müvəqqəti və asan yollarla təmin edilməsi gənclərin məsuliyyətli bir ailə həyatı qurmaq məsuliyyətindən qaçmasına səbəb olur.
Dördüncü amil media və televiziya təbliğatıdır. Televiziya məkanında, verilişlərdə daha çox dağılmış ailələrin, qalmaqların və xəyanətlərin nümayiş olunması gənclərin şüur altında dərin iz buraxır. Onlar ailəni xoşbəxtlik deyil, problem mənbəyi kimi görməyə başlayırlar.
Beşincisi, dini və mənəvi dəyərlərdən uzaqlaşmaqdır. Dini biliklərin azlığı ailə institutuna zərbə vurur. Dinimizdə ailə müqəddəsdir, abort qadağandır. Boşanma isə ən son və istisna hal kimi qəbul edilir. Şərq ölkələrini nümunə gətirə bilərik. İqtisadi çətinliklərə baxmayaraq, mənəvi dəyərlər və abortun yoxluğu sayəsində doğum səviyyəsi yüksək qalır.
Altıncısı, seriallardakı xəyali həyat təsəvvürüdür. Seriallarda təbliğ olunan lüks həyat tərzi, böyük şirkətlər, xidmətçilər, sürücülər reallıqla uyğun gəlmir. İnsanlar bu vizual aldadıcılığa baxıb elə düşünürlər ki, ailə həyatı yalnız belə olmalıdır. Halbuki real həyatda belə ailələrin faizi çox azdır. İnsanlar kino ilə real həyatı qarışdırır və qarşılaşdıqları ilk çətinlikdə ailənin yükünü daşımaqdan imtina edirlər.
Bu təhlil göstərir ki, müasir dövrdə ailə institutunun zəifləməsi yalnız sosial-iqtisadi çətinliklərlə deyil, daha çox bioloji, psixoloji və mənəvi dəyərlərin aşınması ilə birbaşa bağlıdır. Qidalanmadan mediaya, vizual doyumluluqdan virtual həyat illüziyalarına qədər bir çox amil gəncləri məsuliyyətdən və ailənin müqəddəsliyindən uzaqlaşdırır. Deməli, ailə dəyərlərini bərpa etmək üçün təkcə maddi rifahı artırmaq kifayət deyil, paralel olaraq mənəvi-əxlaqi şüuru, milli-dini dəyərləri və sağlam həyat tərzini də cəmiyyətə yenidən qazandırmaq zəruridir.
-
Azərbaycanda kök hüceyrə transplantasiyası sahəsində yeniliklər və dövlət dəstəyiƏn çox oxunanlar18 Sentyabr 2026318
-
İmam Hüseyn sevgisindən kimlər niyə narahat olur?Ən çox oxunanlar21 Sentyabr 2026218
-
NUH TUFANI — TÖVRAT VƏ QURAN İŞIĞINDA ŞƏRHƏn çox oxunanlar17 Sentyabr 2026216
-
MƏZHƏB DİN DEYİLƏn çox oxunanlar14 Sentyabr 2026214
-
Boğaz və qulaq ağrısı zamanı hansı hallarda həkimə müraciət edilməlidir?Ən çox oxunanlar14 Sentyabr 2026212
-
QURANDA İSLAMI KÖKÜNDƏN DƏYİŞƏN SƏHV YOZUMLARƏn çox oxunanlar16 Sentyabr 2026208
-
Başgicəllənməsinin gizli səbəbi - Qulaq kristallarının qaçması nədir?Ən çox oxunanlar14 Sentyabr 2026202
-
Əməvi ideologiyasının Hz. Əli haqqında yaratdığı iftiralarƏn çox oxunanlar15 Sentyabr 2026196
-
Azərbaycan pulmonoloqları Barselonada beynəlxalq konqresdə elmi nəticələrini təqdim ediblərƏn çox oxunanlar20 Sentyabr 2026194
-
15 Sentyabr – Ümumdünya Limfoma ilə Mübarizə GünüƏn çox oxunanlar15 Sentyabr 2026190
-
Smartfon uşaqlarda qalxanabənzər vəzin xərçənginə səbəb olurmu?Ən çox oxunanlar17 Sentyabr 2026190
-
Konqoda Ebola böhranı dərinləşir - Yoluxma sayı 7 mini keçdiƏn çox oxunanlar14 Sentyabr 2026186
-
ATU ailəsinə yeni qoşulan gənclər üçün Bilik günü təntənəli qeyd olunduƏn çox oxunanlar15 Sentyabr 2026184
-
Deputat vərəmin müalicəsi ilə bağlı yeni təklif irəli sürdüƏn çox oxunanlar19 Sentyabr 2026184
-
Diz artritinin qarşısını almaq və gedişini ləngitmək üçün nə etmək olar?Ən çox oxunanlar16 Sentyabr 2026182
-
Kardiologiya İnstitutunda mürəkkəb klinik hal üzrə həkim konsiliumu təşkil olunuƏn çox oxunanlar16 Sentyabr 2026182
-
17 Sentyabr — Ümumdünya Pasiyent Təhlükəsizliyi GünüƏn çox oxunanlar17 Sentyabr 2026170
-
MAUN — İSLAMA AÇILAN QAPIƏn çox oxunanlar18 Sentyabr 2026166
-
Komitə sədri: İcbari tibbi sığorta bütün xəstəlikləri və patologiyaları əhatə etməlidirƏn çox oxunanlar19 Sentyabr 2026166
-
Məktəb çantası beldə yükə çevrilməsinƏn çox oxunanlar20 Sentyabr 2026164