Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin (ACQOC) və İstanbul Memorial Hospitalının həmtəşkilatçılığı ilə “Onkoloji xəstəliklərin cərrahiyyəyə təsiri” mövzusunda vebinar keçirilib.
Azmedinfo.az xəbər verir ki, vebinarı giriş sözü ilə açan ACQOC-nin sədr müavini, tədbirin spikeri Elgün Səmədov vebinarın onkoloji xəstəliklərin cərrahi müalicəsində əldə edilmiş elmi yeniliklərə, gələcək perspektivlərinin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb. “Son illərdə aparılan onkoloji müalicələr cərrahiyyə ilə mühüm uğurlar qazanıb” – deyə, sədr müavini bildirib.
Elgün Səmədov onkoloji xəstəliklərin müalicəsində cərrahiyyə və kimyaterapiyanın müştərək təsirinin əhəmiyyətindən ətraflı bəhs edib.
Vebinarda çıxış edən ACQOC-nin sədri, həkim onkoloq Altay Əliyev xərçəng xəstəliyinin müalicəsində azərbaycanlı və dünya alimlərinin əldə etdikləri nailiyyətlərdən söz açıb. Bu xəstəliyin müalicəsində cərrahi əməliyyatların əhəmiyyətindən danışıb.
Daha sonra vebinarın moderatoru, İstanbul Şişli Memorial Hospitalının ümumi cərrahı Mərt Tanal “Cərrahi onkologiyanın prinsipi” mövzusunda məruzə edib.
Məruzəçi onkoloji xəstəliklərin müalicəsində xəstələri sinifləndirmə və müalicə taktikasının seçilməsi strategiyasının təsnifat tarixindən bəhs edən M.Tanal qlobal texnoloji inqilab fonunda xərçəng xəstələrinin müalicəsində əldə edilmiş innovative nailiyyətlərdən söz açıb. “Texnologiyanın çox sürətlə irəliləməsi fonunda həm medikal, həm molekulyar, həm də cərrahi onkologiyada iki il öncə əldə etdiyim yeni biliklərin və informasiyanın bu gün yetərsiz olduğunu müşahidə edirəm” – deyə məruzəçi diqqətə çatdırıb.
Onun sözlərinə görə, bu gün süni intellektə, robototexnikaya söykənən əməliyyatların icra olunması öz növbəsində, xərçəng xəstəliyinin cərrahi müalicəsinin daha geniş vüsət almasına təkan verir.
Mərt Tanal cərrahi onkologiyanın radikal rezeksiya, yetərli rezeksiya, şiş manipulyasiyasının minimuma endirilməsi, cərrahi sahəyə nəzarət, əməliyyat öncəsi qiymətləndirmə və s. kimi mühüm prinsiplərinin müalicə prosesində mühüm rol oynadığını diqqətə çatdırıb.
Daha sonra cərrahi onkologiyanın gələcək perspektivlərindən, habelə xərçəng xəstəliyinin süni intellekt və robotik cərrahiyyə ilə müalicəsində gözlənilən innovativ nailiyyətlərdən bəhs edib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654