"Əli yolu" ad deyil, meyardır
İslam tarixində elə şəxsiyyətlər var ki, onların adı yalnız keçmişi xatırlatmır, İslamın hansı istiqamətdə anlaşılması məsələsini qarşıya qoyur.
Həzrət Əli belə şəxsiyyətlərdəndir.
Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.
Məsələ Əlini sevmək və ya sevməməkdən daha böyükdür. Əsas məsələ budur:
Əli nəyi təmsil edirdi?
Əgər Hz. Əli Məhəmməd Peyğəmbərin (s) yanında Quranı öyrənən, onun sözünü, davranışını və mənəvi ölçülərini ən yaxından mənimsəyən şəxsdirsə, Əlinin yolu sadəcə bir şəxsin yolu deyil. O yol Quranın insan ağlı, ədalət, vicdan və məsuliyyətlə birlikdə anlaşılmasıdır.
Bu baxımdan Əliyə münasibət, əslində, İslamın mahiyyətinə münasibətin göstəricisinə çevrilir.
İbn Səd “Təbəqat” əsərinin ikinci cildinin 304-cü səhifəsində yazır ki, Həzrət Peyğəmbərə ilk iman gətirən kişi, hələ uşaq yaşlarında olan Həzrət Əli idi. İlk namazı Həzrət Peyğəmbərlə birlikdə qılan da Həzrət Əlidir.
Əsərdə qeyd olunur ki, Hz Əli deyir: "Quranda elə bir ayə yoxdur ki, onun harada, nə zaman, kiminlə və nə ilə bağlı nazil olduğunu bilməyim... Nübüvvət qoxusunu hər gün bilavasitə mənbəyindən duyurdum. Allah mənə iti bir zəka, doğru düşünən bir qəlb və təsirli danışan bir dil vermişdir..."
Həzrət Əli bu xüsusiyyətləri ilə Həzrət Peyğəmbərin son nəfəsini verdiyi ana qədər onunla bərabər olmuşdur.
Əbu Hənifə: Əlinin yolunun başqa bir tarixi şahidi
Bu məsələnin ən diqqətçəkən nümunələrindən biri Əbu Hənifədir.
Əbu Hənifənin Əhli-Beytə dərin bağlılığı barədə tarixi bioqrafik mənbələr açıq məlumat verir. "TDV İslam Ansiklopediyası" onun Əhli-Beytə qəlbən yaxın olduğunu, Əli övladlarını sevdiyini və Əməvilərin Əhli-Beytə münasibəti sərtləşdikcə onları açıq şəkildə tənqid etdiyini bildirir. Həmin mənbədə onun Zeyd ibn Əlinin Əməvi hakimiyyətinə qarşı çıxışını həm maddi, həm də verdiyi fətvalarla mənəvi baxımdan dəstəklədiyi qeyd olunur.
“Encyclopaedia Iranica” nəşrində Əbu Hənifənin siyasi mövqeyini açıq şəkildə Əhli-Beyt meyilli kimi xarakterizə edir və onun həm Əməvilərlə, həm də Abbasilərlə qarşıdurmaya girdiyini bildirir. Əbu Hənifənin Zeyd ibn Əliyə maddi dəstək verməsi, daha sonra isə Məhəmməd ən-Nəfs əz-Zəkiyyə və İbrahimə, Abbasi hakimiyyətinə qarşı mübarizədə dəstək göstərməsi haqqında məlumat verir.
Burada çox mühüm bir məqam var. Əbu Hənifənin meyarı hakimiyyət deyildi. Onun meyarı Peyğəmbərin yolu və Əhli-Beytə olan bağlılığı idi.
Əməvilər yıxıldı, ümid yarandı
Əbu Hənifə Əməvilərin Əhli-Beytə qarşı siyasətini qəbul etmirdi. Buna görə Əməvi hakimiyyətinə qarşı çıxan Zeyd ibn Əliyə dəstək verdi.
Sonra tarix dəyişdi, Əməvilər devrildi. Abbasilər hakimiyyətə gəldilər.
Əbu Hənifə üçün bu dəyişiklik müəyyən mənada ümid doğururdu. Çünki Əməvilərin devrilməsi İslam cəmiyyətində ədalətin bərpa ediləcəyi, Peyğəmbərin ailəsinə münasibətin dəyişəcəyi gözləntisini yarada bilərdi.
Lakin hakimiyyət dəyişdikcə bir həqiqət üzə çıxdı:
Hakimiyyətin adı dəyişmişdi, mövqeyi isə dəyişməmişdi.
Əbu Hənifə bunu qəbul etmədi. Abbasilərin də Əhli-Beytin haqqına uyğun davranmadığını gördükdə onların da qarşısında dayandı.
Məhz buna görə onun siyasi həyatına yalnız “Əməvilərin düşməni” və ya “Abbasilərin müxalifi” kimi baxmaq kifayət deyil.
O, hakimiyyətlərin yox, haqq bildiyi meyarın tərəfində idi.
“Encyclopaedia Iranica” nəşrində Əbu Hənifənin sonrakı Abbasi hakimiyyətinin Əhli-Beytə ədalətsiz mövqeyinə görə bu hakimiyyətə qarşı dayandığı izahlarla qeyd edilir.
Əbu Hənifənin faciəsi burada başladı
Əbu Hənifənin Əməvilərlə qarşıdurması çox ağır nəticələr doğurdu.
Əməvi valisi İbn Hubeyrə onu dövlət vəzifəsinə gətirmək istədi. Əbu Hənifə bunu qəbul etmədi. Mənbələrdə onun qamçılandığı, hətta başı və üzünün tanınmaz hala gələnədək döyüldüyü bildirilir.
Lakin Əməvilərin süqutundan sonra da onun mübarizəsi bitmədi. Çünki Əbu Hənifə üçün məsələ Əməvilərin getməsi ilə həll olunmamışdı. Məsələ kimin hakim olması yox, hakimiyyətin hansı yolla idarə olunması idi.
Bu səbəbdən Abbasi hakimiyyətinin ilk illərindəki ümid də zaman keçdikcə məyusluğa çevrildi. Əbu Hənifə bu dəfə Abbasilərin qarşısında dayandı.
Əl-Mənsur və son qarşıdurma
Abbasilərin ikinci xəlifəsi Əbu Cəfər əl-Mənsur Əbu Hənifəyə yüksək dövlət vəzifəsi vermək istədi. Əbu Hənifə bunu qəbul etmədi.
Bu imtina sadəcə bir vəzifədən imtina deyildi. O dövrün siyasi sistemində hökmdarın təklif etdiyi yüksək vəzifəni qəbul etmək hakimiyyətlə müəyyən siyasi bağlılıq da ifadə edirdi. “Encyclopaedia Iranica” nəşri bu səbəbdən Əbu Hənifənin həm İbn Hubeyrə, həm də əl-Mənsurun təkliflərini rədd etməsini onun siyasi mövqeyindən ayrı təsəvvür etməyin düzgün olmadığını qeyd edir.
Əbu Hənifə həbs edildi. Hicri 150-ci ildə (miladi 767-ci il) Bağdadda həbsdə öldürüldü.
Onun ölümünün əl-Mənsurun əmri ilə zəhərləndirilməsi barədə tarixi-bioqrafik mənbələrdə məlumatlar vardır; bəzi mənbələr bunu açıq şəkildə əl-Mənsurun zəhərlətməsi ilə əlaqələndirir.
Beləliklə, Əbu Hənifənin həyatı bir tarixi paradoksu göstərir:
Əməvilər onu Əhli-Beytə bağlılığına görə ona işgəncələr verdilər, Abbasilər isə Əməviləri devirdikdən sonra Əbu Hənifənin gözləntilərini doğrultmadıqları üçün öz qarşılarında müxalif olaraq onu gördülər.
Bu, Əbu Hənifənin mövqeyindəki sabitliyi göstərir. Onun tərəfi dəyişmədi.
Tarixə yalnız hakimiyyətlərin pəncərəsindən baxanda Əbu Hənifənin bir hökumətdən digərinə münasibəti ziddiyyətli görünə bilər. Amma onun öz meyarını nəzərə aldıqda mənzərə dəyişir.
Əməvilər Peyğəmbər ailəsinə qarşı zülm etdikdə — Əbu Hənifə qarşı çıxdı.
Abbasilər Əməviləri devirib hakimiyyətə gəldikdə — Əbu Hənifə ümid etdi.
Abbasilərin də Əhli-Beytin haqqını təmin etmədiyini gördükdə — Əbu Hənifə yenə qarşı çıxdı.
Deməli hakimiyyət dəyişdi, Əbu Hənifənin meyarı dəyişmədi.
Bu, Həzrət Əlinin yolunun mahiyyətini anlamaq baxımından çox mühüm nümunədir.
Əlinin yolu müəyyən hakimiyyətin yanında dayanmaq deyil. Əlinin yolu haqqı hakimiyyətin ölçüsünə çevirməkdir.
Bəs Həzrət Əliyə qarşı niyə nifrət hissi yaradırdılar?
Çünki Əli adi bir şəxs deyildi. Əli hakimiyyətin qarşısında dayanan bir meyar idi.
Əli Quranın adını hakimiyyətə uyğunlaşdırmaq yox, hakimiyyəti Quranın qarşısında ölçmək meyarını təmsil edirdi.
Buna görə Əlini sevmək də yalnız onun adını çəkməklə bitmir. Əlinin yolunu getmək onun meyarını qəbul etməkdir. Bu meyar isə çox sadədir:
Haqq kimdədirsə, onun yanında olmaq.
Əbu Hənifənin həyatı bunun tarixi nümunələrindən biridir.
O, Əməvilərə qarşı çıxdı.
Sonra Abbasilərə qarşı çıxdı.
Çünki onun düşməni müəyyən bir sülalə deyildi. O, haqqın hakimiyyətə qurban verilməsinə qarşı idi.
Əlinin yolu ilə getmək nə deməkdir?
“Əlinin yolundan gedənlər həqiqi İslam yolundadır” cümləsini yalnız şüar kimi işlətmək kifayət deyil. Bu cümlənin mahiyyəti açılmalıdır.
Əlinin yolunda olmaq:
Quranı düşünməkdir.
Peyğəmbərin yolunu getməkdir.
Ədaləti hakimiyyətdən üstün tutmaqdır.
Zülm qarşısında susmamaqdır.
Peyğəmbərin yolunu hakimiyyətlərin davranışına görə dəyişməməkdir.
Əhli-Beytə məhəbbəti yalnız emosional bağlılıq səviyyəsində saxlamamaq, onların təmsil etdiyi əxlaqı və haqq ölçüsünü yaşatmaqdır.
Əbu Hənifənin həyatında bunun mühüm tarixi nümunəsini görürük.
Bəlkə də ona görə onun faciəsi yalnız bir alimin faciəsi deyil.
Əbu Hənifənin faciəsi — hakimiyyətə tabe olmayan vicdanın faciəsidir və bu tarix bizə bir həqiqəti xatırladır:
Əli yolu ad dəyişdikcə dəyişən yol deyil.
Əli yolu meyarı dəyişməyən yoldur.
Hakimiyyət dəyişə bilər, adlar dəyişə bilər, sülalələr dəyişə bilər, amma haqqın meyarı dəyişmir. Bu, Həzrət Əli yolunu ad və şüar deyil, Quran, ədalət və vicdan meyarı olduğunu göstərir.
© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Oktyabr 2026510
-
Pediatr alim milli pediatriyanın ictimai səhiyyənin inkişafına töhfələrindən bəhs edibƏn çox oxunanlar02 Oktyabr 2026484
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026358
-
Pediatrik bioetika və süni intellektin etik məsələləri beynəlxalq konfransda təhlil edilibƏn çox oxunanlar05 Oktyabr 2026356
-
Azərbaycanın orqan transplantasiyası sahəsində hüquqi və bioetik təcrübəsi beynəlxalq konqresdə təqdim olunubƏn çox oxunanlar02 Oktyabr 2026294
-
İnsan olmaq üçün müsəlman yox, müsəlman olmaq üçün gərək insan olasanƏn çox oxunanlar03 Oktyabr 2026214
-
Həzm problemləri ürək ritminə necə təsir edə bilər?Ən çox oxunanlar30 Sentyabr 2026200
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 2026196
-
Qadın Sağlamlığı Mərkəzi yeni ultrasonoqrafiya kursu təqdim edirƏn çox oxunanlar30 Sentyabr 2026182
-
Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıbƏn çox oxunanlar07 Oktyabr 2026182
-
Onlar Allahı layiqincə dərk etmədilərƏn çox oxunanlar05 Oktyabr 2026170
-
TƏBİB və ABŞ şirkəti arasında süni intellekt və rəqəmsal səhiyyə üzrə əməkdaşlıq müzakirə olunubƏn çox oxunanlar30 Sentyabr 2026170
-
Səqifədən sonra Quranın ilahi nazilolma nizamının dəyişdirilməsində məqsəd nə idi?Ən çox oxunanlar02 Oktyabr 2026162
-
Azərbaycan və Özbəkistan mütəxəssisləri pediatriya və uşaq cərrahiyyəsi sahəsində təcrübə mübadiləsi aparıblarƏn çox oxunanlar03 Oktyabr 2026160
-
ÜST: son 6 ildə taunun təsdiqləndiyi 6 ölkədə 423 nəfər həyatını itiribƏn çox oxunanlar01 Oktyabr 2026160
-
Gənc cərrahlar minimal invaziv ürək əməliyyatının müasir üsullarını öyrəniblərƏn çox oxunanlar01 Oktyabr 2026160
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edibƏn çox oxunanlar05 Oktyabr 2026148
-
Din birdir - İslamƏn çox oxunanlar06 Oktyabr 2026148
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026146
-
Hamiləlikdə emosional dəyişikliklər normaldırmı? – Mütəxəssis mühüm məqamlara aydınlıq gətirirƏn çox oxunanlar03 Oktyabr 2026144