Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
07 Sentyabr 2026, Bazar ertəsi, 17:10
Əlaqə vasitələri
Bizimlə əlaqə
Onkoloq pis ekologiya ilə xərçəng xəstəliyi arasında əlaqəni təkzib edir
17 Mart 2025
486
Onkoloq pis ekologiya ilə xərçəng xəstəliyi arasında əlaqəni təkzib edir

Yaroslavl Onkoloji Xəstəxanasının baş həkimi Pavel Nesterov regional Dumaya verdiyi hesabatda regionda xərçəngə yoluxma hallarının artmaqda davam etdiyi barədə məlumat verib.

 

Azmedinfo.az "Arqumentı i faktı" nəşrinə istinadən yazır ki, həkim pis ekologiya ilə xərçəng xəstəliyi arasında əlaqəni inkar edərək, buna təsir edən heç bir əsas səbəbi müəyyən edə bilmədiyini qeyd edib.

 

Bundan əlavə, onkoloq xəstələnmənin artmasının diaqnostikanın yüksək səviyyədəaparılması ilə əlaqəli olduğuna inanır. Çünki əvvəllər diaqnostika imkanları aşağı olduğundan xərçəng müəyyən edilmirdi.

 

Digər yandan xəstəliyin artmasına baxmayaraq, ölüm halları azalıb. Bu da müalicə metodlarının təkmilləşməsi ilə əlaqədardır.

Ən çox oxunanlar