Bu gün Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (ECM) ulu əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü olan yaz ətirli Novruz bayramı qeyd olunub.
Azmedinfo.az xəbər verir ki, tədbirdə çıxış edən elmi işlər üzrə direktor müavini tibb elmləri doktoru İlham Kazımov bu bayramın adət-ənənələrinin xalqımız tərəfindən min illərdən bəri yaşadıldığını, Ümummili lider Heydər Əliyevin Sərəncamı ilə milli dövlət bayramı statusu qazandığını xatırladıb.
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə 18.03.2025-ci il tarixli Azərbaycan xalqına təbrikindən sitat gətirən natiq “Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilib” – deyə diqqətə çatdırıb.
İlham Kazımov bildirib ki, Novruz bayramı demək olar ki, Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın böyük səyi nəticəsində 2009-cu ildə Novruz çoxmillətli nominasiya (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.
Alim ulu əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü olan yaz ətirli Novruz bayramının şanlı Zəfərin beşinci ildönümü ərəfəsində verdiyi mənəvi güclə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında xüsusi coşqu ilə qeyd olunmasının qəlbləri riqqətə gətirməsindən, bəxş etdiyi əvəzolunmaz qürur hissindən bəhs edib.
“Təbiətin oyanışını özündə ehtiva edən bu gözəl bayramın hər birinizə can sağlığı, firavanlıq, səadət və bol ruzi-bərəkət gətirməsini diləyirəm” – deyə İlham Kazımov səmimi diləklərini çatdırıb.
Novruz bayramınız mübarək!
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 2026744
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026612
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026436
-
Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıbƏn çox oxunanlar07 Oktyabr 2026356
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026330
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 2026328
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 2026324
-
Şəkərli diabet xəstələrinə əlillik hansı hallarda təyin olunur?Ən çox oxunanlar07 Oktyabr 2026316
-
Din birdir - İslamƏn çox oxunanlar06 Oktyabr 2026298
-
Nyu-Yorkda qızılcaya görə fövqəladə vəziyyət elan edildiƏn çox oxunanlar06 Oktyabr 2026294
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026286
-
Gülnaz Dadaşova beynəlxalq proCardio 2026 simpoziumunda iştirak edibƏn çox oxunanlar10 Oktyabr 2026260
-
Vərəm xəstəliyinin aradan qaldırılması, profilaktikası və erkən aşkarlanması sahəsində yanaşmalar dəyişirƏn çox oxunanlar10 Oktyabr 2026242
-
RGEM molekulyar diaqnostika və epidemioloji nəzarət sahəsində əməkdaşlığı genişləndirirƏn çox oxunanlar10 Oktyabr 2026234
-
Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradırƏn çox oxunanlar12 Oktyabr 2026234
-
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcəkƏn çox oxunanlar13 Oktyabr 2026232
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026230
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 2026224
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026224
-
Qlioblastoma beynin ən aqressiv şişlərindən biridirƏn çox oxunanlar12 Oktyabr 2026220