Bu il Azərbaycan mətbuatının banisi Həzən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin 150 illik yubileyi qeyd olunur. 1875-ci il iyulun 22-də nəşr olunaraq milli mətbuatımızın bünövrəsini qoyan bu kiçik lakin məzmunlu qəzet, təkcə siyasi, iqtisadi və sosial həyatla bağlı deyil, eyni zamanda tibb və səhiyyə mövzularına da önəm vermişdi. Bu baxımdan, “Əkinçi” qəzeti Azərbaycan mətbuatı və səhiyyəsinin 150 illik ortaq missiyasının da əsasını qoymuş sayılır.
Azmedinfo.az Azərbaycan mətbuatı və səhiyyəsinin 150 illik tərəfdaşlığı mövzusuna həsr olunmuş “150 il tərəfdaşlıq” adlı xüsusi bölmədə silsilə yazıları izləyiciləri ilə paylaşır.
Həzən bəy Zərdabi maarifpərəst ziyalı kimi xalqın savadlanması, maariflənməsi və cəhalətlə mübarizəsində təhsilin yanında tibb və gigiyena məsələlərinə də özəl diqqət ayırırdı. “Əkinçi” qəzetinin ilk nömrələrindən etibarən xolera, tif, çəçələk, taun kimi o dövrün məhvedici infeksiyaları barədə maarifləndirici yazılar qəzetdə dərc edilirdi. Zərdabi xalqı gigiyenaya riayət etməyə, təmiz su istifadəsinə, uşaq və qadın səhiyyəsinə dair müraciətlərlə maarifləndirməyə çalışırdı. Bu, o dövrdə Avropada yeni-yeni formalaşan ictimai səhiyyə əsaslarının Cənubi Qafqaz məkanında ilk əksini tapması kimi qiymətləndirilə bilər.
Zərdabinin yolunu davam etdirmiş çoxsaylı ziyalılar “Kaspi”, “Həyat”, “Tərəqqi”, “Molla Nəsrəddin” kimi mətbuat orqanlarında tibb və səhiyyəyə dair yazıları dərc etdirirdilər. Cəlal Qaryağdı, Mirmuhsin Nəvvab, Abdulla Şaiq kimi ziyalıların yazılarında məhz maarifləndirmə, sanitariya və gigiyena əsasları təbliğ olunub.
XX əsrin əvvəllərində Bakıda çap olunan "Yeni iqbal", "Azərbaycan", "Kommunist" qəzetləri sovet dönəmində səhiyyənin nailiyyətlərini, elmi yenilikləri və peyvənlərə dair məlumatları yayaraq xalqı maarifləndirib. Xüsusən 1930-40-cı və 1950-ci illərdə qəzet səhifələrində vəba, malyariya, və ya difteriyaya dair yazılara rast gəlirik.
Müasir Azərbaycan mətbuatı da bu irsi davam etdirir. "Azərbaycan", "Respublika", "Xalq qəzeti", "İki sahil", "525-ci qəzet", "Elm" eləcə də Azərtac, APA, Report kimi informasiya agentlikləri səhiyyə xəbərlərini daim işıqlandırır. Eyni zamanda, son illərdə fəaliyyətə başlayan tibbi informasiya saytları, o cümlədən "Azmedinfo.az", səhiyyə sahəsində media partnyorluğun yeni mərhələsini formalaşdırır.
Zaman dəyişsə də, məqsəd dəyişməyib. Sağlam cəmiyyət quruculuğu məramı ilə "Əkinçi"nin qoyduğu bu maarifləndirici yol, səhiyyə və mətbuatın ortaq dəyəri olub. 150 illik bu birgə yol təkcə peşkər jurnalistika tariximiz deyil, eyni zamanda ictimai saglamlıq tariximiz kimi qiymətləndirilməlidir.
Ruslan Kərimov
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654