Tarix boyu sağlamlığın insan rifahının əsas amili kimi həm cəmiyyət, həm də fərd üçün əsas dəyər kimi tanınması heç kəsə sirr deyil. Bu nöqteyi-nəzərdən, səhiyyə və tibb xidmətləri məsələləri hər zaman dünya mediadasında özünəməxsus yer tutub.
Azmedinfo.az Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin katibi, akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Günel Məmmədovanın Azərbaycan dilində nəşr edilən ilk milli qəzetimiz “Əkinçi”nin və onun müasirləri olmuş xarici media orqanlarının tibbi jurnalistika fəaliyyətindən bəhs edən məqaləsini oxucularına təqdim edir.
Tibbi jurnalistikanın tarixi
Geriyə nəzər saldıqda tibbi jurnalistikanın yeni sahə olmadığını görürük. Belə ki, bu gün tibbi jurnalistikanın tədqiqinin yalnız fraqmentlər şəklində və yaxud müasir media sisteminin seqmentlərindən biri kimi aparılmasına baxmayaraq, bu sahə bir neçə əsrdir ki, dünya jurnalistikasında mühüm mövqe qazanıb.
Araşdırmalar göstərir ki, iki fərqli dünyanın – tibb və jurnalistikanın birləşməsi XVIII əsrin sonu-XIX əsrin əvvəllərində meydana gəlib. O vaxtdan bəri o, cəmiyyətin sağlamlığından bəhs edən informasiyanın ötürülməsini asanlaşdıran vasitəyə çevrilib.
İsveçrəli alimlərin fikrincə, 1731-ci ildə Edinburq Kral Cəmiyyəti tərəfindən nəşr olunmağa başlayan ilk resenziyalı “Tibbi esselər və müşahidələr” toplusu peşəkar tibbi jurnalistikanın başlanğıcı olub. Daha sonra Fransada, İngiltərədə ard-arda işıq üzü görməyə başlayan məcmuə və jurnallar yeni kəşflər, müalicə üsulları, anatomik tədqiqatlar və digər tibbi mövzularda məqalələr dərc ediblər. Bunlar müasir mənada ixtisaslaşmış tibbi nəşrlər olmasa da, tibbi biliklərin yayılmasında mühüm rol oynayıblar.
Əlbəttə, bu gün biz deyə bilmərik ki, o dövrdə tibbi jurnalistika ayrıca peşə sahəsi kimi fəaliyyət göstərib. Amma heç şübhəsiz ki, bu dövr tibbi jurnalistikanın gələcək inkişafı üçün bünövrə olub.
“Əkinçi”nin və müasirlərinin tibbi jurnalistika tarixində mövqeyi
Bu gün ilk nəşrə başlamasının 150-ci ildönümünü qeyd etdiyimiz “Əkinçi” qəzeti öz buraxılışlarında mütəmadi sağlamlıq, gigiyena, xəstəliklərlə mübarizə və bu sahədə xalq içində ən yayğın yanlış məlumatlar haqqında maarifləndirici məqalə və xəbərlər dərc edib.
Məsələn, onun 2-ci nömrəsində əhalini maarifləndirmək məqsədi ilə vəba xəstəliyinin yaranması, yayılması və onunla mübarizədən bəhs edən xəbər yer alıb. 1875-ci ildə 5-ci sayında dərc edilən məqalələrdən biri ölmüş heyvanın qanının zəhərli olması, hətta ona toxunan insanın sağlamlığında yarana biləcək fəsadlar haqqında məlumat verir.
Qəzetin 30 yanvar 1876-ci il tarixli nömrəsində yazılır ki, bir yerdə fasiləsiz qalan suyun içərisində kiçik orqanizmlər yaranır. Bu mikroorqanizmlər insan bədənində qızdırma, titrətmə, vəba, yatalaq və çiçək xəstəlikləri əmələ gətirmək iqtidarındadır.
Beləliklə, bu gün böyük qürur hissi və fəxarətlə deyə bilərik ki, “Əkinçi” qəzeti milli mətbuatımız əsasını qoymaqla yanaşı, milli tibbi jurnalistikamızın da bünövrəsi olub.
O dövr Türkiyə mediasına nəzər saldıqda, əvvəlcə qeyd etmək lazımdır ki, sağlamlıq jurnalistikasının ilk nümunələrinə 1830-cu illərdə Osmanlıda qəzet və jurnalların nəşri ilə rast gəlmək olar. Sağlamlıq və tibbi məlumatların bu ilk nümunələri mühəndislik, fizika və ya kimya kimi digər elm sahələrini də əhatə edən “elm jurnalistikası”nın bir hissəsi kimi qəzetlərdə çıxıb.
“Əkinçi” qəzeti ilə eyni illərdə Osmanlıda işıq üzü görən "Tercüman-ı Hakikat", "Takvim-i Vekayi", "Ceride-i Havadis", "Hanımlara Mahsus Gazet" kimi qəzetlər əhalinin müxtəlif xəstəliklər, düzgün qidalanda, sağlam həyat tərzi ilə bağlı məlumatlanasına xidmət göstərib. O zamankı Osmanlı qəzetləri tibbi jurnalistikanı elmi publisistikanın bir qolu kimi təqdim ediblər.
Amerikada, Böyük Britaniyada, Fransada, Kanadada, Hindistanda XVIII-XIX əsrlərdə müxtəlif səhiyyə və tibb qurumları, akademik cəmiyyətlər fəaliyyətə başladıqca, həmin ölkələrin mediasında tibbi jurnalistika da özünə yer etməyə başlayıb.
1880-ci illərdən 1926-cı ilə qədər Portuqaliyada tibbi medianın yaranması və inkişafı dövrü kimi qəbul olunur. Mənbələrin məlumatına görə, bu ölkədə tibbi jurnalistikanın yaranması kütləvi media orqanlarının meydana çıxması ilə eyni vaxta təsadüf edir. Tibbi xəbər qəzetləri və məcmuələr sağlamlıq və səhiyyə mövzularında ictimai maarifləndirməni ideoloji təbliğat yolu ilə həyata keçiriblər.
Rusiyada da 1860-1870-ci illərdən başlayaraq, tibbi jurnalistikaya aid müxtəlif dövrü jurnal və qəzetlər işıq üzü görüb. Rusiyalı mütəxəssislər tibbi jurnalistikanın inkişafı əsasən Rusiya tibbinin tarixi inkişafı, o cümlədən onun diferensiallaşdırılması və konseptual əsaslarının transformasiyası ilə müəyyənləşdirirlər.
Növbəti yazılarımızda dünyanın müxtəlif ölkələrində tibbi jurnalistikanın yaranması və inkişafı tarixindən bəhs edən oxuculara təqdim edəcəyik.
Sonda azmedinfo-az-ın oxucularını 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edir, onlara uzun və sağlam ömür, firavan həyat diləyirik.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261014
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026758
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026726
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650