Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
23 Aprel 2026, Cümə axşamı, 18:51
Əlaqə vasitələri
Bizimlə əlaqə
Apteklərdə aşkarlanan nöqsanlara görə protokollar tərtib olundu 
06 Avqust 2025
382
Apteklərdə aşkarlanan nöqsanlara görə protokollar tərtib olundu 

Əczaçılıq sahəsində nəzarət tədbirləri davam etdirilir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən iyul ayı ərzində apteklərdə bir sıra yoxlamalar həyata keçirilib.

 

Azmedinfo.az xəbər verir ki, məlumata əsasən, bu müddət ərzində Bakıda 21, regionlarda isə 27 aptek olmaqla ümumilikdə 48 əczaçılıq müəssisəsi yoxlamadan keçib.

 

Keçirilən yoxlamaların 10-u əvvəlcədən planlaşdırılmış, 37-si plandankənar, biri isə operativ təftiş xarakteri daşıyıb.

 

Nəticədə, 19 aptekdə müxtəlif nöqsanlar müəyyən olunub və bu faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 210.1, 221.1, 452.1 və 452.3-cü maddələri üzrə müvafiq protokollar tərtib edilib.

Ən çox oxunanlar