Heydər Əliyev Mərkəzində “Azərbaycan Əczaçı İstehsalçılar Assosiasiyası” İctimai Birliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Macarıstanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə “Azərbaycan Əczaçılıq Sənayesi: Dünən, Bu Gün və Sabah” adlı II Beynəlxalq Konfrans keçirilib.
Azmedinfo.az xəbər verir ki, konfransda dövlət qurumlarının nümayəndələri, xarici ekspertlər və yerli əczaçılıq sənayesi istehsalçıları bir araya gələrək Azərbaycanın əczaçılıq sektorunun mövcud vəziyyəti, inkişaf perspektivləri, yerli istehsalın gücləndirilməsi istiqamətləri, eləcə də qabaqcıl beynəlxalq təcrübənin tətbiqi imkanları ətrafında geniş çıxışlar edib və müzakirələr aparıblar.
Konfransın açılışında çıxış edən Səhiyyə naziri Teymur Musayev əczaçılıq sənayesinin keçdiyi inkişaf yoluna toxunaraq bildirib: “Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda əczaçılıq sahəsinin institusional əsasları formalaşdırılıb, ilk istehsal müəssisələri yaradılıb”.
Nazir vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə olduğu kimi, səhiyyə və əczaçılıq sektorunda da mühüm nailiyyətlər əldə olunur.
Teymur Musayev qeyd edib ki, yerli əczaçılıq sənayesinin inkişafı istiqamətində həyata keçirilən islahatlar, sənaye parklarının yaradılması, xarici investisiyaların cəlb olunması və regionlarda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə müasir istehsal müəssisələrinin qurulması bu sahənin dayanıqlı inkişafını təmin edir. Nazir çıxışında rəqəmsallaşmanın əhəmiyyətini də xüsusi qeyd edib: “Elektron resept sistemi, dərman vasitələrinin Təqib və İzləmə Sistemi kimi rəqəmsal həllər şəffaflığın artırılmasına, nəzarət mexanizmlərinin gücləndirilməsinə və idarəetmənin daha effektiv təşkilinə xidmət edir”.
Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma, İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov çıxış edərək ölkədə əczaçılıq sənayesinin dayanıqlı inkişafı üçün yerli istehsalın gücləndirilməsi, əhalinin təhlükəsiz və effektiv dərman vasitələri ilə təminatı, bu sahədə dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, beynəlxalq təcrübənin mənimsənilməsi və keyfiyyət standartlarının yüksəldilməsinin vacibliyini qeyd ediblər.
Tədbirdə əczaçılıq sənayesinin gələcəyində rəqəmsallaşma və süni intellektin rolu panel müzakirəsi çərçivəsində xüsusi diqqət mərkəzində saxlanılıb.
Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov panel sessiyasında çıxış edərək bildirib ki, səhiyyə sahəsinin rəqəmsallaşdırılması Səhiyyə Nazirliyinin fəaliyyətində əsas prioritet istiqamətlərdən birini təşkil edir: “Səhiyyə sektorunun rəqəmsal transformasiya strategiyası çərçivəsində nazirlik tərəfindən Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) yaradılıb və uğurla tətbiq olunur”. Rüfət Hacıəlibəyov həmçinin vurğulayıb ki, əczaçılıq sektorunun rəqəmsallaşdırılmasına 2023-cü ildən başlanılıb: “Tətbiq edilən bu sistemlərin əsas məqsədi dərman dövriyyəsinə nəzarətin gücləndirilməsi, saxta məhsullarla mübarizə, əczaçılıq bazarında şəffaflığın artırılması və göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsidir”.
Panel sessiyasında edilən çıxışlarda həmçinin qeyd edilib ki, müasir texnologiyaların tətbiqi istehsalın səmərəliliyinin artırılması, keyfiyyətə nəzarətin gücləndirilməsi və rəqabətqabiliyyətli sənaye modelinin formalaşdırılmasına xidmət edir.
Tədbir çərçivəsində təqdim olunan inkişaf modeli əczaçılıq sənayesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilib. Qeyd edilib ki, bu model çərçivəsində cari ildən etibarən yerli istehsalın genişləndirilməsi planlaşdırılır və növbəti illərdə müxtəlif dərman preparatlarının istehlakçılara təqdim olunması gözlənilir.
Konfransın əsas məqsədi yalnız mövcud çağırışların müzakirəsi deyil, eyni zamanda ixtisaslaşmış bilik və təcrübə, innovativ yanaşmalar, aktual məsələlər və suallar ətrafında fikir mübadiləsi aparmaq, yerli əczaçılıq sənayesinin inkişafına töhfə vermək olub. Bu yanaşma yerli istehsalçılar arasında əməkdaşlıq əlaqələrinin daha dinamik inkişafına və sənaye daxilində sinerjinin güclənməsinə xidmət edir.
Konfransın əsas istiqamətlərindən biri yerli istehsal prosesində uğur qazanmış ölkələrin təcrübəsinin öyrənilməsi olub. Bu məqsədlə Türkiyə İlaç və Tibb Cihazları Qurumu, Özbəkistan Respublikasının Səhiyyə Nazirliyi yanında Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi, Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinin İnvestisiya Layihələri İdarəsi və Macarıstanın Semmelweis Universitetinin Sağlamlıq Xidmətlərinin İdarəedilməsi Təlim Mərkəzinin rəhbər nümayəndələri çıxış edərək təcrübələrini bölüşüblər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261014
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026758
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026726
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650