2026-cı il kimya üzrə Nobel mükafatının Henri Kagan və Kenso Soaiyə verilməsi asimmetrik üzvi sintez, qeyri-xətti effektlər və avtokataliz sahəsində əldə olunan elmi nəticələrin əhəmiyyətini bir daha nümayiş etdirib. Bu tədqiqatlar həm həyatın mənşəyinin öyrənilməsi, həm də daha təhlükəsiz və effektiv dərmanların hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.
Azmedinfo.az xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev bildirib. O qeyd edib ki, Henri Kagan və Kenso Soainin asimmetrik üzvi sintez, qeyri-xətti effektlər və avtokataliz sahəsindəki tədqiqatları molekulyar asimmetriyanın, yəni homoxirallığın öyrənilməsində mühüm mərhələdir. DNT, RNT və amin turşuları kimi həyat üçün vacib molekullar müəyyən xiral formaya malikdir. Canlı orqanizmlər bu molekulların formalaşmasını fermentlər vasitəsilə yüksək dəqiqliklə həyata keçirirlər. Nobel mükafatçılarının tədqiqatları isə laboratoriya şəraitində bu proseslərin mexanizmlərinin öyrənilməsinə və asimmetrik molekulların məqsədyönlü alınmasına yeni imkanlar yaradıb.
Asimmetrik sintezin praktiki əhəmiyyətindən danışan alim bildirib ki, xiral molekulların biri digərinin güzgü əksi olan iki forması – enantiomerləri mövcuddur. Onlar fiziki və kimyəvi baxımdan bir-birinə çox oxşar olsalar da, canlı orqanizmdə tamamilə fərqli təsir göstərə bilirlər.
Bunun ən məşhur nümunələrindən biri “Talidomid faciəsi”dir. Dərmanın bir forması müalicəvi təsir göstərdiyi halda, digər forması ağır anadangəlmə qüsurlara səbəb olmuşdu. Bu hadisə dərmanların hazırlanmasında düzgün molekulyar formanın seçilməsinin nə qədər vacib olduğunu göstərir.
Kagan və Soainin tədqiqatları kimyaçılara reaksiyaları daha dəqiq idarə etməyə və tələb olunan enantiomerin üstünlük təşkil etdiyi məhsullar əldə etməyə imkan verir. Bu isə daha təhlükəsiz və effektiv dərmanların hazırlanması üçün mühüm elmi əsas yaradır.
Ə.Sucayev Nobel kəşflərinin həyatın mənşəyinin öyrənilməsi baxımından əhəmiyyətini də qeyd edib: “Yer üzündəki canlı orqanizmlərin müəyyən molekulların yalnız bir xiral formasından istifadə etməsi elm üçün uzun müddətdir açıq qalan suallardandır. Buna homoxirallıq deyilir.
Kagan və Soainin tədqiqatları qeyri-xətti effektlər və avtokatalitik proseslər vasitəsilə müəyyən xiral molekulların spontan şəkildə üstünlük qazana bilməsinin mexanizmlərini anlamağa imkan verir. Bu nəticələr həyatın ilkin molekulyar əsaslarının necə formalaşması ilə bağlı fundamental sualların araşdırılmasında mühüm əhəmiyyət daşıyır”.
Azərbaycanda da asimmetrik sintez istiqamətində tədqiqatlar aparıldığını deyən alim qeyd edib ki, Azərbaycan Texniki Universitetinin professoru Güləhməd Talıbovun, həmçinin Bakı Dövlət Universitetinin professoru olmuş mərhum İdris Əhmədovun bu istiqamətdə mühüm elmi araşdırmaları olub: “Hesab edirəm ki, Nobel mükafatçıların əldə etdiyi nəticələr Azərbaycanda üzvi kimya, kataliz və dərman maddələrinin sintezi istiqamətində aparılan tədqiqatlar üçün də yeni perspektivlər yarada bilər”.
O, Kenso Soainin avtokataliz üzrə tədqiqatlarının özəlliyindən də bəhs edib: “Avtokatalizin əsas xüsusiyyəti ondan ibarətdir ki, reaksiya zamanı yaranan məhsulun özü həmin reaksiyanı sürətləndirən katalizator rolunu oynaya bilir. Beləliklə, proses müəyyən mənada özünü gücləndirən zəncirvari xarakter alır.
Bu mexanizmlərin öyrənilməsi yalnız müasir üzvi kimya və əczaçılıq üçün deyil, həm də canlılığın ilkin mərhələlərində molekulların necə seçildiyi və çoxaldığı barədə təsəvvürlərin formalaşması baxımından böyük elmi əhəmiyyət daşıyır”.
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026584
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 2026542
-
Pediatrik bioetika və süni intellektin etik məsələləri beynəlxalq konfransda təhlil edilibƏn çox oxunanlar05 Oktyabr 2026504
-
İnsan olmaq üçün müsəlman yox, müsəlman olmaq üçün gərək insan olasanƏn çox oxunanlar03 Oktyabr 2026340
-
Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıbƏn çox oxunanlar07 Oktyabr 2026338
-
Onlar Allahı layiqincə dərk etmədilərƏn çox oxunanlar05 Oktyabr 2026332
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026306
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edibƏn çox oxunanlar05 Oktyabr 2026300
-
Şəkərli diabet xəstələrinə əlillik hansı hallarda təyin olunur?Ən çox oxunanlar07 Oktyabr 2026294
-
Pirallahıda məktəblilər arasında zərərli vərdişlərə qarşı maarifləndirmə aparılıbƏn çox oxunanlar05 Oktyabr 2026288
-
Din birdir - İslamƏn çox oxunanlar06 Oktyabr 2026286
-
Nyu-Yorkda qızılcaya görə fövqəladə vəziyyət elan edildiƏn çox oxunanlar06 Oktyabr 2026274
-
Gülnaz Dadaşova beynəlxalq proCardio 2026 simpoziumunda iştirak edibƏn çox oxunanlar10 Oktyabr 2026210
-
Vərəm xəstəliyinin aradan qaldırılması, profilaktikası və erkən aşkarlanması sahəsində yanaşmalar dəyişirƏn çox oxunanlar10 Oktyabr 2026204
-
RGEM molekulyar diaqnostika və epidemioloji nəzarət sahəsində əməkdaşlığı genişləndirirƏn çox oxunanlar10 Oktyabr 2026202
-
Quranın meyarında tarixi kimlikƏn çox oxunanlar09 Oktyabr 2026176
-
8 Oktyabr – Ümumdünya Görmə GünüdürƏn çox oxunanlar08 Oktyabr 2026158
-
Uşaqların sağlamlığının qorunması üçün profilaktik müayinələr və peyvəndləmə aparılırƏn çox oxunanlar07 Oktyabr 2026156
-
Müasir diabetologiyanın əsas hədəfi dəyişir – Diqqət xəstənin bütöv sağlamlığına yönəlirƏn çox oxunanlar07 Oktyabr 2026142
-
Şüurun süzgəcindən keçən həqiqət - Birinci yazıƏn çox oxunanlar11 Oktyabr 2026136