Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
07 Sentyabr 2026, Bazar ertəsi, 15:53
Əlaqə vasitələri
Bizimlə əlaqə
Avqustda 70 aptek yoxlanılıb, 19-da nöqsan aşkarlanıb
04 Sentyabr 2026
116
Avqustda 70 aptek yoxlanılıb, 19-da nöqsan aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən avqust ayında 70 aptekdə yoxlama həyata keçirilib.

 

Azmedinfo.az xəbər verir ki, bu barədə AEM-dən bildirib.

 

Bildirilib ki, bu yoxlamalardan 48-i Bakı şəhərində, 22-si isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.:

 

"Yoxlamaların 51-i planlı, 16-sı plandankənar və 3-ü yoxlamadan kənar olub. Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib".

Ən çox oxunanlar