Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
22 Noyabr 2026, Bazar, 20:06
Əlaqə vasitələri
Bizimlə əlaqə
Xərçəngə qarşı CaTeVac peyvəndinin klinikaqədərki tədqiqatları başa çatıb
06 Noyabr 2026
244
Xərçəngə qarşı CaTeVac peyvəndinin klinikaqədərki tədqiqatları başa çatıb

Rusiyada hazırlanmış CaTeVac adlı xərçəngə qarşı peyvəndin 2027-ci ildən etibarən yumşaq toxuma sarkomalarının müalicəsində tətbiqinə başlanılması planlaşdırılır. Preparat klinikaqədərki tədqiqatları uğurla başa vurub. Hazırda onun istehsalına və klinik istifadəsinə icazə alınması üçün müvafiq sənədlər hazırlanır.

 

Aztibb.az "Life" portalına istinadən yazır bu barədə Rusiya Federasiyasının Baş nazir müavini Tatyana Qolikovanın aparatından məlumat verilib.

Preparat N. N. Petrov adına Milli Onkologiya Tibbi Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Onun əsas məqsədi pasiyentin immun sisteminə bədxassəli şiş hüceyrələrini tanımağı öyrətmək və onların məhv edilməsinə yönəlmiş immun mexanizmlərini aktivləşdirməkdir.

Məlumatda qeyd olunur ki, yerli alimlərin hazırladığı bu preparat immun sisteminin şiş hüceyrələrini tanımaq və məhv etmək qabiliyyətini gücləndirməyə yönəlib.

İlkin mərhələdə CaTeVac peyvəndinin yumşaq toxuma sarkomalarının müalicəsində istifadəsi nəzərdə tutulur. Gələcəkdə isə preparatın tətbiq imkanlarının digər onkoloji xəstəliklərə də genişləndirilməsi planlaşdırılır.

Potensial istifadə istiqamətləri arasında melanoma, böyrək xərçəngi və mərkəzi sinir sisteminin ilkin şişlərinin müalicəsi də var. Bundan əlavə, standart müalicə üsullarının tətbiqi imkanları tükənmiş bədxassəli bərk şişləri olan pasiyentlər üçün də bu peyvənd mümkün müalicə variantı kimi nəzərdən keçirilir.

CaTeVac dendrit hüceyrə əsaslı peyvəndlər qrupuna aiddir. Onun hazırlanmasında pasiyentin öz immun hüceyrələrindən istifadə olunur. Bu hüceyrələr şiş antigenlərini tanımaq üçün xüsusi qaydada hazırlanır.

Profilaktik peyvəndlərdən fərqli olaraq, bu müalicə üsulu xəstəliyin qarşısını almaq deyil, artıq diaqnoz qoyulmuş xərçənglə mübarizə aparmaq məqsədi daşıyır.

Ən çox oxunanlar