Oktyabrın 15-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda “Sağlamlıq Turizmi Konfransı 2025: Rifah və Tibbi turizmin gələcək istiqamətləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azmedinfo.az xəbər verir ki, konfransda dövlət qurumlarının nümayəndələri, sahə üzrə yerli ekspertlər, sanatoriya, tibbi və rifah mərkəzlərindən nümayəndələr, o cümlədən Türkiyə, Macarıstan, Tayland, Böyük Britaniya, Çin, Almaniya kimi ölkələrdən mütəxəssislər olmaqla, ümumilikdə 250 nümayəndə iştirak edib.
Konfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova sağlamlıq turizmi sahəsində Agentlik tərəfindən görülən işlər, ölkədə sağlamlıq turizmi üzrə mövcud potensial, onun inkişaf etdirilməsi istiqamətlərindən bəhs edib.
Azadə Hüseynova sağlamlıq turizminin əsas iki istiqaməti olan tibb və rifah turizminin inkişafında dövlət dəstəyinin, ölkə rəhbərliyinin diqqətini vurğulayaraq, sahənin genişlənməsi üçün maraqlı tərəflərin iştirakının təşviq edilməsinin vacibliyini qeyd edib.
O, qarşıdakı illər ərzində sağlamlıq turizmi üzrə idarəetmə çərçivəsinin inkişaf etdirilməsi, sahə üzrə tənzimləmə potensialının artırılması, ölkənin tibbi turizm potensialının təbliğ edilməsi və əlçatanlığın artırılması üzrə prioritet istiqamətlərin müəyyənləşdirildiyini bildirib.
Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov çıxışında sağlamlıq turizminin imkanlarının ölkəmizdə geniş olduğunu bildirib. Qeyd edib ki, Naftalan, Duzdağ kimi bölgələrimizdə mövcud olan təbii şəfa mənbələri sağlamlıq turizminin inkişafı üçün unikal şərait yaradır. İnsanların bu məkanlara göstərdiyi maraq ildən-ilə artır.
TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov deyib ki, sağlamlıq turizmi təkcə tibbi xidmətlərin inkişafı deyil, həm də insanların ümumi rifahının və həyat keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, son illərdə ölkəmizdə sağlamlıq turizminin inkişafı istiqamətində mühüm addımlar atılıb, tibbi xidmətlərin keyfiyyəti və əlçatanlığı əhəmiyyətli dərəcədə yüksəlib.
Çin Sağlamlıq və Tibbi Turizm Assosiasiyasının sədri Cia Şiao Fanq bildirib ki, sağlamlıq və tibbi turizm sektorunun inkişafı ölkələrin iqtisadiyyatına və sosial rifahına əhəmiyyətli töhfələr verir. O vurğulayıb ki, bu sahədə davamlı inkişaf üçün innovasiya, texnologiyadan istifadə və beynəlxalq əməkdaşlıq vacibdir, eyni zamanda, xəstə məmnuniyyəti və xidmət keyfiyyətinin yüksəldilməsi prioritet olmalıdır.
“Sea Breeze Health Valley” şirkətinin rəhbəri Konstantin Qrinfeld deyib ki, Azərbaycan regionda sağlamlıq və tibbi turizmin inkişafı üçün böyük potensiala malikdir. Qeyd edib ki, “Sea Breeze Health Valley” layihəsi yalnız müalicə və istirahət mərkəzi deyil, həm də sağlam həyat tərzini təbliğ edən müasir ekosistem kimi formalaşdırılır.
İki gün davam edəcək konfrans çərçivəsində sağlamlıq və rifah turizmi sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin sərgisi açılıb. Sərgidə 40-a yaxın yerli sanatoriya, kurort, tibbi reabilitasiya və SPA mərkəzləri, xəstəxana və klinikalar, eləcə də beynəlxalq tərəfdaş şirkətlərin xidmət və məhsulları nümayiş olunur.
Tədbir müddətində iştirakçılar arasında B2B formatında görüşlər keçirilib və birgə əməkdaşlıq imkanları müzakirə olunub.
Konfransda “Qlobal rifah tendensiyalarının inteqrasiyası: Azərbaycanda rəqabətcil rifah turizmi modelinin qurulması” və “Azərbaycanda tibbi turizmin inkişaf yolu: Beynəlxalq standartlar, sertifikatlaşdırma və strateji tərəfdaşlıqlar” adlı iki panel sessiya keçiriləcək.
Panel sessiyalarda Azərbaycanda rifah turizmi modelinin formalaşdırılması, beynəlxalq təcrübələrin inteqrasiyası, bu sahədə rəqabət qabiliyyətinin artırılması, SPA və termal terapiya standartlarının, destinasiya sertifikatlaşdırılmasının, kadr hazırlığının təmin edilməsi, eləcə də ölkəmizdə tibbi turizmin gələcək inkişaf istiqamətləri, beynəlxalq akkreditasiya, səhiyyə ilə turizm sektorları arasında səmərəli əməkdaşlıq mexanizmləri, tibbi turizm sektorunda institusional potensialın gücləndirilməsi, etik tibbi təcrübələrin və dayanıqlı inkişafın təmin edilməsi üzrə yeni yanaşmalar haqqında müzakirələr aparılacaq.
Qeyd edək ki, bundan əvvəl 2024-cü il oktyabrın 28-29-da Şuşa şəhərində sağlamlıq turizmi üzrə ilk konfrans təşkil olunub.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261014
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026758
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026726
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650