Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
20 Sentyabr 2026, Bazar, 08:25
Əlaqə vasitələri
Bizimlə əlaqə
Sahilyanı sağlamlıq və müalicə məkanları ilə bağlı yeni qanun gündəmdə
19 Sentyabr 2026
86
Sahilyanı sağlamlıq və müalicə məkanları ilə bağlı yeni qanun gündəmdə

Azərbaycanda sahilyanı sağlamlıq və müalicə yerlərinə dair model qanun layihəsi hazırlanıb.

Azmedinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin Sosial qanunvericilik şöbəsinin rəhbəri Adil Vəliyev parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən TÜRKPA çərçivəsində səhiyyə sahəsində artıq beşinci model qanunun qəbulu planlaşdırılır:

"Son qanun layihəsi sahilyanı sağlamlıq və müalicə yerləri ilə əlaqədar olduqca ciddi və fundamental xarakterli bir sənəddir. Sənədin oktyabr ayında keçiriləcək plenar sessiyada qəbul edilməsi nəzərdə tutulur".

Adil Vəliyev bildirib ki, Azərbaycan təbii müalicə resurslarının bolluğu, müxtəlifliyi və unikallığı baxımından fərqlənir:

"Belə ki, ölkəmizdə təbiətin bəxş etdiyi dəniz, göllər, çaylar, palçıq vulkanları, duz yataqları, müalicəvi mineral sular və minlərlə su mənbəyi mövcuddur. Lakin sahilyanı sağlamlığa aid qanun layihəsini hələlik milli qanunvericilik sisteminə daxil edə bilməmişik. Azərbaycan öz zəngin təbii sərvətlərinə və müalicəvi-sağlamlaşdırma məkanlarına görə bu sahənin ümumi tənzimlənməsini mütləq qaydada həyata keçirməlidir. Postsovet məkanında yalnız iki ölkədə sahilyanı sağlamlığa dair qanun qəbul edilib".

Ən çox oxunanlar