Türkiyə daxilində fəaliyyət göstərən 56 Səyahət Sağlamlıq Mərkəzində səyahətdən əvvəl ziyarət ediləcək ölkənin sağlamlıq riskləri və peyvənd tələbləri kimi mövzularda fərdi məsləhət xidmətləri göstərilir.
Azmedinfo.az "TRT Haber"ə istinadən yazır ki, Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, Türkiyə Sərhədləri və Sahilləri Səhiyyə Ümumi Müdirliyi tərəfindən həyata keçirilən səyahət sağlamlıq xidməti təkcə Türkiyə vətəndaşlarına deyil, Türkiyədəki xarici ölkə vətəndaşlarına da təklif olunur.
Türkiyə vətəndaşlarına pulsuz təqdim edilən səyahət sağlamlıq xidmətləri, xarici ölkə vətəndaşlarına müəyyən bir ödəniş qarşılığında verilir. Səyahət sağlamlığı xidmətləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Səhiyyə Qaydaları (IHR-2005) çərçivəsində səlahiyyətli mərkəzlər vasitəsilə həyata keçirilir.
Türkiyə daxilində fəaliyyət göstərən 56 Səyahət Sağlamlıq Mərkəzində ziyarət ediləcək ölkənin sağlamlıq riskləri, peyvənd tələbləri, malyariya kimi endemik xəstəliklərdən dərmanla qorunma (kimyaprofilaktika), gigiyena tədbirləri və sağlamlıq çantasının hazırlanması kimi mövzularda fərdi məsləhət xidmətləri verilir.
Səyahət Sağlamlıq Mərkəzlərindən alına biləcək xidmətlər, mərkəzlərə nə vaxt və necə müraciət etmək barədə ətraflı məlumat və mərkəzlərin əlaqə məlumatlarını “Travel Health” internet saytının “Mərkəzlərimiz” bölməsində öyrənmək olar.
Səyahət sağlamlığı ilə bağlı ətraflı məlumatı həftənin 7 günü, günün 24 saatı, Türkiyə Səhiyyə Nazirliyinin Sərhədlər və Sahillər üzrə Səhiyyə Ümumi Müdirliyinin Səyahət Sağlamlığı Məsləhət Xətti, 444 77 34 (444 SSDH) və www.seyahatsagligi.gov.tr internet saytından əldə etmək olar.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654