VTB MDB və digər dövlətlərdən Rusiyada müalicə olunması üçün yeni layihəyə start verib. Layihənin həyata keçirilməsini “VTB Səhiyyə” təşkil edəcək və pasiyentlərə tibbi xidmətlərin tam dövrünü əhatə edən kompleks dəstək göstərəcək: həkim və klinikaların seçilməsindən tutmuş nəqliyyat və yaşayış məsələlərinin həllinə qədər. Bankın qiymətləndirməsinə görə, bu layihənin potensial auditoriyası hər il ən azı 1 milyon nəfər təşkil edə bilər.
Azmedinfo.az xəbər verir ki, “VTB Səhiyyə” klinika seçimi, qiymət hesablaması, qəbul üçün qeydiyyat, sənədlərin tərcüməsi, sığorta və klinikada pasiyentin müşayiət olunması daxil olmaqla, geniş spektrli xidmətlər təklif edəcək.
İyunun sonunadək pilot layihəyə ilk partnyor klinikalar – həm özəl şəbəkələr, həm də ödənişli əsaslarla fəaliyyət göstərən dövlət müəssisələri – qoşulacaq. Tibbi müəssisənin seçilməsi üçün ilkin müraciətləri “VTB Səhiyyə”nin rəsmi saytı və Rusiya Səhiyyə Nazirliyinin dəstəyi ilə yaradılmış Russiamedtravel.ru informasiya portalı vasitəsilə etmək mümkün olacaq.
VTB-nin prezidentinin müavini – idarə heyəti sədrinin birinci müavini Georgi Qorşkov bildirib: “Rusiya həkimləri uzun illərdir ki, dünya miqyasında tanınmış mütəxəssislərdir və buna görə də xaricdən gələn pasiyentlərin sayı artmaqdadır. Tibbi turizm iqtisadiyyatın mühüm sahəsidir və biz bu sahəni fəal şəkildə dəstəkləməyə hazırıq. Məhz buna görə də yeni şirkət – “VTB Səhiyyə”ni yaratmışıq. Biz ölkənin bütün regionlarında fəaliyyət göstəririk, sosial müdafiə sahəsində geniş partnyor şəbəkəmiz var, eyni zamanda beynəlxalq ödənişlərin həyata keçirilməsini öz üzərimizə götürürük ki, bu da bu gün xarici vətəndaşlar üçün əsas maneələrdən biridir. Əminəm ki, bu layihə Rusiyada tibbi turizmin əsas drayverinə çevriləcək.”
“Biz MDB ölkələrində apardığımız tədqiqatlar nəticəsində müəyyən etdik ki, insanların yüksək keyfiyyətli və operativ tibbi xidmətlərə böyük ehtiyacı var, lakin yerli səhiyyə bu tələbatı tam ödəyə bilmir. MDB vətəndaşlarının 90%-i Rusiyanın tibbinə etibar etdiyini bildirib. Məhz bu səbəbdən Qazaxıstan, Özbəkistan, Tacikistan, Belarus, Azərbaycan və digər ölkələrin vətəndaşlarına müraciət anından müalicə nəticəsinin əldə edilməsinə qədər tam dəstək təklif edirik,” – deyə “VTB Səhiyyə”nin baş direktoru Sergey Neçayev bildirib.
Hər il 1 milyondan çox MDB vətəndaşı Rusiyada tibbi yardım alır. Analitik şirkət IQVIA-nın məlumatına görə, bu rəqəmin təxminən 130 min nəfəri sırf tibbi turizm məqsədilə Rusiyaya gələn pasiyentlərdir və onların orta xərci (əmək miqrantları nəzərə almadan) təxminən 630 ABŞ dolları təşkil edir. “VTB Səhiyyə”nin qiymətləndirməsinə əsasən, 2030-cu ilə qədər MDB ölkələrindən Rusiyaya tibbi turizm bazarının həcmi pasiyentlərin sayına görə iki dəfə, əsas sahələr üzrə isə (neyrocərrahiyyə, oftalmologiya, ümumi cərrahiyyə, travmatologiya və ortopediya, kardiologiya və damar cərrahiyyəsi) pul ifadəsində 3 dəfədən çox arta bilər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261014
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026758
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026726
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650