ABŞ-ın Ueyk-Forest Universitetinin alimləri tərəfindən aparılan yeni klinik tədqiqatın nəticələrinə görə, artıq mövcud olan iki preparat — empaqliflozin (şəkərli diabetə qarşı dərman) və insulin tərkibli burun spreyi — beynin Altzeymer xəstəliyi ilə əlaqəli erkən dəyişikliklərdən qorunmasına kömək edə bilər.
Azmedinfo.az xəbər verir ki, araşdırmanın nəticələri "Alzheimer’s & Dementia" jurnalında dərc olunub.
Tədqiqatda 55–85 yaş arası 47 nəfər iştirak edib. Onların hamısında yüngül koqnitiv pozğunluqlar və ya demensiyanın ilkin əlamətləri müşahidə olunub. İştirakçılar dörd qrupa bölünüb: biri empaqliflozin, digəri insulin spreyi, üçüncüsü bu iki preparatın birgə kombinasiyasını, dördüncü isə plasebo qəbul edib.
Cəmi dörd həftə davam edən bu kiçikmiqyaslı tədqiqat göstərib ki, hər iki dərman maddələr mübadiləsinin müxtəlif mərhələlərinə təsir edir, beyin qan dövranını yaxşılaşdırır, iltihabı azaldır və idrak funksiyalarının qorunmasına kömək edir.
Məlum olub ki, empaqliflozin onurğa beyni mayesində neyrodegenerasiyanın əsas göstəricilərindən biri olan tau zülalının səviyyəsini azaldır, insulin spreyi isə yaddaşı və düşünməyə cavabdeh beyin sahələri arasındakı əlaqəni gücləndirir.
Tədqiqatın rəhbəri, professor Syuzan Kraft qeyd edib ki, maddələr mübadiləsinin tənzimlənməsi altzeymer xəstəliyinin gedişatını dəyişə bilər.
Alimlərin sözlərinə görə, preparatlar iştirakçılar tərəfindən yaxşı tolere olunub və ciddi yan təsirlər qeydə alınmayıb. Hazırda komanda daha genişmiqyaslı və uzunmüddətli klinik sınaqlara hazırlaşır. Məqsəd bu əlçatan dərmanların idrak zəifləməsinin qarşısını alan kompleks terapiyanın tərkib hissəsinə çevrilib-çevrilə bilməyəcəyini müəyyənləşdirməkdir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654