Uorvik Universiteti və Monash Universitetinin kimyaçıları müasir dərmanlara, o cümlədən MRSA və VRE kimi təhlükəli patogenlərə qarşı effektiv təsir göstərən perspektivli yeni antibiotik kəşf ediblər. Bu bakteriyalar hazırda qlobal səhiyyə üçün ən ciddi infeksion təhdidlərdən sayılır.
Azmedinfo.az "Journal of the American Chemical Society" jurnalında dərc olunan tədqiqatın nəticələrinə diqqət çəkin:
Alimlərin sözlərinə görə, yeni antibiotik əslində “göz önündə gizlənmişdi”. 50 il əvvəl kəşf edilən metilenomisin A adlı antibiotikin təbii biosintez prosesi zamanı yaranan aralıq birləşmələrdən biri olub.
Uorvik Universitetinin və Monash Universitetinin Biotibbi Tədqiqatlar İnstitutunun professoru Qreq Çallis bildirib: “Metilenomisin A çoxdan məlum idi, lakin onun biosintezinin aralıq mərhələləri heç vaxt antimikrob aktivlik baxımından yoxlanılmamışdı. Biz biosintezdə iştirak edən bəzi genləri çıxararaq iki yeni aralıq birləşmə əldə etdik və hər ikisi ilkin antibiotikdən xeyli güclü çıxdı.”
Bu birləşmələrdən biri predmetilenomisin C lakton metilenomisin A-dan 100 dəfə güclü təsir göstərib. O, Staphylococcus aureus və Enterococcus faecium bakteriyalarına qarşı yüksək effektivlik nümayiş etdirib. Bu mikroorqanizmlər MRSA və VRE kimi çox dərmana davamlı infeksiyaların əsas səbəbləridir.
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yeni maddəyə qarşı bakteriyalarda davamlılıq yaranmayıb, hətta onlar adətən “sonuncu müdafiə xətti” sayılan vankomisinə qarşı müqavimət inkişaf etdirdikdə belə.
Alimlərin fikrincə, predmetilenomisin C laktonun kəşfi antibiotik axtarışında yeni istiqamət açır. Artıq məlum biosintetik proseslərin aralıq məhsullarını öyrənməklə daha güclü və davamlı dərmanlar tapmaq mümkündür.
Növbəti mərhələdə yeni antibiotikin doklinik sınaqları keçiriləcək. Eyni zamanda Monash Universitetinin komandası bu maddənin sənaye miqyasında sintezini və analoqlarının hazırlanmasını təmin edən üsul da işləyib hazırlayıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654