İmtiyazlı xəstələr üçün yeni aptek fəaliyyətdədir
12 Yanvar 2026
600
TƏBİB rəhbərliyinin tapşırığına əsasən, Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən imtiyazlı xəstələr üçün yeni aptek yaradılıb.
Azmedinfo.az xəbər verir ki, TƏBİB-in məlumatına görə, vətəndaş məmnunluğunun artırılması, tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi, həmçinin 7 nömrəli Şəhər Poliklinikasının iş yükünün azaldılması məqsədilə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 22 ünvanında yerləşən 38 nömrəli Şəhər Poliklinikasının nəzdində imtiyazlı xəstələr üçün yeni aptek istifadəyə verilib.
Aptek Xətai rayonunun əhalisinin qeydiyyatda olduğu 38 nömrəli Şəhər Poliklinikasının və Zığ Sağlamlıq Mərkəzinin imtiyazlı xəstələrinin dərman təminatını həyata keçirəcək.
Ümumilikdə, aptek 3142 nəfər əhaliyə tibbi xidmət göstərəcək. Bunlardan 2692 nəfəri 38 nömrəli Şəhər Poliklinikasının, 450 nəfəri isə Zığ Sağlamlıq Mərkəzinin dispanser qeydiyyatında olan şəkərli və şəkərsiz diabet xəstələrini əhatə edir.
Qeyd edək ki, Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti müəssisələrində qeydiyyatda olan imtiyazlı xəstələrin dərman təminatı rayonlar üzrə mərkəzləşdirilmiş qaydada imtiyazlı apteklər tərəfindən həyata keçirilir.
İndiyədək Xətai rayonu ərazisində 1 mərkəzləşdirilmiş aptek (7 nömrəli Şəhər Poliklinikasında - M.Rüstəmov 1 ünvanında) fəaliyyət göstərirdi. Bu isə vətəndaşların dərman təminatı zamanı uzaq məsafələr qət etməsinə, bir sıra növbələrin yaranmasına, həmçinin aptekin yüklənməsinə səbəb olurdu. Yeni fəaliyyətə başlayan aptekin yaxın məsafədə yerləşməsi sözügedən tibb müəssisələrinin sakinlərinin işini xeyli asanlaşdıracaq.
Onu da qeyd edək ki, ötən ilin noyabr ayında Binəqədi rayonunda yerləşən 9 nömrəli Şəhər Poliklinikasının iş yükünün azaldılması məqsədilə Biləcəri qəsəbəsində yerləşən 30 nömrəli Şəhər Poliklinikasının nəzdində də imtiyazlı xəstələr üçün yeni aptek istifadəyə verilmişdi.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 20261168
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 2026738
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 2026730
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 2026632
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026626
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026624
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026616
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026610
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 2026576
-
Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdirƏn çox oxunanlar13 Oktyabr 2026560
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 2026552
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026552
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026544
-
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcəkƏn çox oxunanlar13 Oktyabr 2026494
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026486
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026442
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 2026440
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026420
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026344
-
Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradırƏn çox oxunanlar12 Oktyabr 2026314