“Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin tərkibində fəaliyyət göstərən Tibb Təhsili üzrə Daimi Komitənin (SCOME) təşkilatçılığı ilə tibb tələbələri və gənc mütəxəssislər üçün “The Robotic Era: Beyond the Human Hand” mövzusunda elmi-maarifləndirici seminar keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbirin əsas məqsədi müasir cərrahiyyənin ən son nailiyyətlərindən olan robotik texnologiyaların elmi əsaslarını və klinik praktikada tətbiq sahələrini iştirakçılara daha yaxından tanıtmaq olub.
Seminarda spiker qismində PhD Dr. Şəmistan Alıyev – Milli Onkologiya Mərkəzinin Onkoginekologiya bölməsinin rəhbəri çıxış edib. O, 15 sentyabr tarixində ölkəmizdə ilk dəfə Milli Onkologiya Mərkəzində uğurla icra olunmuş robot-assistentli total histerektomiya əməliyyatının klinik əhəmiyyətindən bəhs edib.
Bundan əlavə, 16 oktyabr tarixində Azərbaycan Milli Onkologiya Mərkəzi ilə Çinin Harbin şəhəri arasında həyata keçirilmiş ilk uzaqdan robotik cərrahiyyə əməliyyatının təcrübəsini iştirakçılarla bölüşüb. Çıxışı zamanı Da Vinci cərrahi robot sisteminin imkanları və Sagebot AI köməkçi sisteminin cərrahi qərarvermə prosesində rolu da əyani nümunələrlə izah olunub.
Seminar çərçivəsində süni intellektin cərrahi praktikaya inteqrasiyası, tibbdə texnoloji inkişafların yaratdığı yeni imkanlar və gələcək perspektivlər ətrafında geniş müzakirələr aparılıb. İştirakçılar mövzu ilə bağlı suallar ünvanlayaraq interaktiv müzakirələrdə fəal iştirak ediblər.
Tədbir iştirakçılara onkoginekologiya sahəsində müasir yanaşmalar, robotik cərrahiyyənin tətbiq imkanları və gələcəyin tibbinə innovativ baxış bucağı ilə bağlı dəyərli bilik və təcrübə qazandırıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654