Kardio-onkologiyada süni intellekt həlləri ekspertlərin müzakirəsində
21 May 2026
632
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Türk Dövlətləri Kardio-Onkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya Sammiti çərçivəsində bu gün “Kardio-onkologiya: Türk dövlətləri üçün yeni baxış” adlı elmi tədbir baş tutub.
Azmedinfo.az xəbər verir ki, Milli Onkologiya Mərkəzində keçirilən və 7 DTT balı ilə akkreditasiya olunmuş tədbirdə yerli və xarici mütəxəssislər, alimlər, həkimlər və səhiyyə nümayəndələri iştirak ediblər. Gün ərzində kardio-onkologiya sahəsində müasir yanaşmalar, ürək-damar və onkoloji xəstəliklərin qarşılıqlı əlaqəsi, multidissiplinar müalicə prinsipləri, innovativ tibbi texnologiyalar və süni intellekt əsaslı tibbi həllər ətrafında geniş elmi müzakirələr aparılıb.
Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova, Milli Onkologiya Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru, əməkdar həkim Azad Kərimli və digər çıxışçılar kardio-onkologiyanın müasir tibbin ən aktual istiqamətlərindən birinə çevrildiyini vurğulayıblar. Bildirilib ki, ürək-damar və onkoloji xəstəliklərin paralel idarə olunması artıq beynəlxalq səhiyyə sistemlərinin əsas prioritetlərindən biridir. Qeyd edilib ki, Türk dövlətləri arasında elmi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və innovativ texnologiyaların tətbiqi region ölkələrinin səhiyyə sistemlərinin inkişafına mühüm töhfə verəcəkdir.
Konqres və sammit çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş aparıcı mütəxəssislərin məruzələri dinlənilib, iştirakçılar arasında elmi fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261014
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026758
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026726
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650