ABŞ-da infeksion xəstəliklər üzrə mütəxəssislər Tramp administrasiyasının Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunda (NIAID) klinik tədqiqat bölmələrindən birinin ləğv edilməsi planına etiraz edirlər.
Azmedinfo.az "Medpagetoday" nəşrinə istinadən yazır ki, demokrat konqresmenlər isə bildirirlər ki, bu addım nəticəsində azad olunacaq vəsaitlərin Pentaqonun müdafiə xərclərinə yönəldilməsi nəzərdə tutulur.
İnfeksion Xəstəliklər üzrə Amerika Cəmiyyəti (IDSA) və HIV Medicine Association (HIVMA) birgə açıqlamalarında avqustun 28-də Milli Sağlamlıq İnstitutları (NIH) tərəfindən yayımlanan bildirişdən narahat olduqlarını bildiriblər. Sənəddə NIAID-in klinik tədqiqat proqramının yenidən təşkil ediləcəyi açıqlansa da, planın detalları barədə çox az məlumat verilib və ictimai müzakirə üçün cəmi 5 günlük müddət müəyyənləşdirilib.
Bildirişdə NIAID-in Klinik Tədqiqatlar Bölməsinin (DCR) və bir sıra digər struktur bölmələrin ləğv ediləcəyi, klinik fəaliyyət və nəzarətin isə institutun müxtəlif komponentləri arasında yenidən bölüşdürüləcəyi qeyd olunur.
Vəsaitlər Pentaqona yönəldiləcək?
ABŞ Konqresində son günlər səsləndirilən açıqlamalar ləğv ediləcək strukturdan əldə olunan vəsaitlərin hara yönəldilə biləcəyi barədə müəyyən təsəvvür yaradır.
Senator Patti Mürrey bildirib ki, Müdafiə Nazirliyinin NIAID üçün ayrılmış vəsaitlərdən müdafiə xərcləri məqsədilə istifadə etməsinə imkan verən qurumlararası razılaşmaya etiraz edir. Onun sözlərinə görə, bu razılaşma Konqreslə əvvəlcədən paylaşılmayıb.
Nümayəndələr Palatasının üzvü Roza DeLauro isə sözügedən vəsaitlərin HIV, qrip, vərəm və digər təhlükəli xəstəliklərə məruz qalan amerikalılara kömək etmək məqsədilə həyati əhəmiyyətli tibbi tədqiqatlara ayrıldığını vurğulayıb.
NIAID-in klinik tədqiqat bölməsi nə iş görür?
NIAID-in məlumatına görə, DCR institutun ABŞ-da və beynəlxalq səviyyədə tədqiqat proqramlarının səmərəli həyata keçirilməsində mühüm rol oynayır. Bölmənin vəzifələrinə klinik tədqiqatların idarə olunması və monitorinqi, proqramların planlaşdırılması, statistik məsləhət, tənzimləyici tələblərə riayət olunmasına nəzarət və klinik tədqiqat potensialının inkişaf etdirilməsi daxildir.
NIAID-in rəhbərliyinin bildirişində isə struktur dəyişikliklərinin prezident administrasiyasının prioritetlərinə və institutun yenilənmiş fəaliyyət istiqamətlərinə uyğunlaşmaq məqsədi daşıdığı bildirilir.
Mütəxəssislər isə təklifin təfərrüatlarının açıqlanmadan belə genişmiqyaslı struktur dəyişikliyinə başlanmasını tənqid edirlər. HIVMA sədri Anna Person bildirib ki, hazırkı vəziyyətdə əsas narahatlıq dəyişikliklərin sürətlə həyata keçirilməsi və detalları ictimaiyyətə açıqladıqdan sonra cəmi 5 gün ərzində rəy bildirmək imkanı verilməsidir.
Onun sözlərinə görə, infeksion xəstəliklər üzrə tədqiqat sisteminin son bir il yarım ərzində ciddi qeyri-sabitliklə üzləşdiyi bir vaxtda NIH ilk növbədə mövcud tədqiqat infrastrukturunun sabitləşdirilməsinə diqqət yetirməlidir.
NIAID nümayəndələri planla bağlı əlavə məlumat almaq üçün göndərilən sorğuya cavab verməyiblər.
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 20261160
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 2026730
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 2026722
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 2026624
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026618
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026616
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026614
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026600
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 2026568
-
Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdirƏn çox oxunanlar13 Oktyabr 2026552
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026552
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 2026544
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026544
-
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcəkƏn çox oxunanlar13 Oktyabr 2026494
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026486
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026432
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 2026430
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026410
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026344
-
Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradırƏn çox oxunanlar12 Oktyabr 2026314