İngiltərədə 48 yaşlı kişi süni intellektin real vaxt rejimində dəstəyi ilə beyin əməliyyatı keçirən dünyada ilk pasiyent olub. Beyin şişinin çıxarılması məqsədilə aparılan əməliyyat nəticəsində onun görmə qabiliyyəti qorunub.
Azmedinfo.az "Euronews"a istinadən yazır ki, "University College London Hospitals" (UCLH) xəstəxanalar qrupunun açıqladığı məlumata görə, Bedfordşirdə yaşayan Rhys Hibbert 2024-cü ilin dekabrında gəzinti zamanı qəfil yıxılaraq qıcolma keçirdikdən sonra müayinə olunub və ona beyin şişi diaqnozu qoyulub.
Vəziyyəti getdikcə ağırlaşan Hibbert əməliyyat olunmağa qərar verib və elmi tədqiqatda iştirak etməyə könüllü razılıq verib: “Əgər pasiyentlər tədqiqatlarda iştirak etməyə hazır olmasalar, həkimlər necə öyrənə, tibb necə inkişaf edə bilər? Dünyada bu texnologiyanın canlı əməliyyat zamanı tətbiq olunacağı ilk pasiyent olmağa razı olub-olmadığım soruşuldu. Mən də ‘Bəli, əlbəttə’ dedim”.
Həkimlərin sözlərinə görə, şiş onun görmə qabiliyyəti üçün təhlükə yaratmaqda davam edə və nəticədə korluğa səbəb ola bilərdi. Əməliyyat zamanı törəmə uğurla çıxarılıb və pasiyentin görmə qabiliyyəti qorunub.
Xəstə əməliyyatdan sonra oyandıqda görməsinin nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını bildirib: “Özümə gələndə... otaqdakı hər şeyi aydın görə bilirdim”.
Londonda Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasında klinik sınaq çərçivəsində baş tutan əməliyyatı neyrocərrah, professoru Hani Markus və doktorant Danyal Xan birgə həyata keçiriblər.
Əməliyyat zamanı süni intellekt əməliyyatın canlı video görüntülərini real vaxt rejimində təhlil edib. Sistem əməliyyatdan əvvəl aparılmış müayinələrin nəticələrindən istifadə etməklə kifayətlənməyib, birbaşa cərrahi müdaxilə prosesini analiz edərək beynin əsas hissəsində yerləşən kritik anatomik strukturları müəyyənləşdirib və cərrahlar üçün daha dəqiq qərarların qəbuluna kömək edib.
Beynin bu nahiyəsində hipofiz vəzi görməyə nəzarət edən qan damarları və sinirlərlə sıx təmasda yerləşir. Cəmi bir millimetrlik səhv belə həyati nəticələrə səbəb ola, ölüm, korluq və ya insult riski yarana bilərdi.
Həkimlərin bildirdiyinə görə, süni intellekt cərrahi komandaya təhlükəli nahiyələri müəyyənləşdirərək onlardan yayınmağa və eyni zamanda şişin mümkün qədər böyük hissəsini təhlükəsiz şəkildə çıxarmağa kömək edib.
Texnologiya gələcəkdə cərrahi alətlərin hərəkətini və onların toxumalarla qarşılıqlı əlaqəsini də izləyə bilər. Bu imkanın mürəkkəb əməliyyatlar zamanı cərrahlara dəstək verməsi və onlara real vaxt rejimində geribildirim təqdim etməsi nəzərdə tutulur.
Böyük Britaniyanın səhiyyə üzrə innovasiyalar naziri James Frith bu hadisədə süni intellektin faydasına toxunub: “Bu, süni intellektin ən yaxşı formada tətbiqinə nümunədir. Pasiyentlər ən son və inqilabi texnologiyaların sayəsində əvvəllər mümkünsüz hesab edilən tibbi yardımı alırlar”.
O əlavə edib ki, süni intellekt texnologiyalarının istifadəsi zamanı pasiyentlərin təhlükəsizliyinə hər zaman ciddi yanaşılmalı, müvafiq təhlükəsizlik mexanizmləri olmalıdır.
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 20261164
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 2026734
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 2026726
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 2026628
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026622
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026618
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026616
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026606
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 2026572
-
Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdirƏn çox oxunanlar13 Oktyabr 2026556
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026552
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 2026548
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026544
-
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcəkƏn çox oxunanlar13 Oktyabr 2026494
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026486
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026436
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 2026434
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026414
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026344
-
Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradırƏn çox oxunanlar12 Oktyabr 2026314