İlon Mask hesab edir ki, yaxın üç il ərzində Tesla-nın humanoid Optimus robotları cərrahi əməliyyatların icrasında dünyanın ən təcrübəli cərrahlarını geridə qoyacaq. Onun fikrincə, bu inkişaf tibb təhsilinə və həkim peşəsinə yanaşmanı köklü şəkildə dəyişə bilər.
Azmedinfo.az "Dallas Express's Post"a istinadən yazır ki, Tesla və SpaceX-in qurucusu bu barədə Piter Diamandis və Deyv Blandinin təqdim etdiyi Moonshots podkastında danışıb. Müzakirə zamanı süni intellekt, energetika, təhsil, tibb və kosmosun gələcəyi ilə bağlı müxtəlif mövzulara toxunulub.
Üç il kifayət edəcək
Təhsilcə həkim olan Piter Diamandis Maskdan Optimus robotlarının nə vaxt ən yaxşı insan cərrahlarından daha yüksək səviyyədə əməliyyat aparacağını soruşub. Maskın cavabı qısa olub: "Təxminən üç ildən sonra."
Onun sözlərinə görə, söhbət tək-tək uğurlu nümunələrdən deyil, genişmiqyaslı tətbiqdən gedir. Mask hesab edir ki, üç ildən sonra mürəkkəb cərrahi əməliyyatları yerinə yetirə bilən Optimus robotlarının sayı dünyadakı bütün cərrahların ümumi sayını ötəcək.
Həkim çatışmazlığı əsas səbəblərdəndir
Mask bu proqnozunu dünyada ixtisaslı cərrah çatışmazlığı və onların hazırlanmasının uzun illər tələb etməsi ilə əsaslandırıb. Onun sözlərinə görə, peşəkar cərrah yetişdirmək uzun zaman aparır, tibbi biliklər isə sürətlə yenilənir. Bundan əlavə, həkimlərin fiziki və zaman məhdudiyyətləri var, insan faktoru isə səhv riskini tam aradan qaldırmır.
Bununla belə, Maskın bu açıqlamaları şəxsi proqnoz xarakteri daşıyır və hazırda onları təsdiqləyən elmi sübutlar mövcud deyil. Mütəxəssislərin əksəriyyəti hesab edir ki, yaxın illərdə süni intellekt və robot texnologiyaları cərrahları əvəz etməkdən daha çox, onların qərarvermə və əməliyyat prosesində köməkçi rol oynayacaq.
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026584
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 2026542
-
Pediatrik bioetika və süni intellektin etik məsələləri beynəlxalq konfransda təhlil edilibƏn çox oxunanlar05 Oktyabr 2026504
-
İnsan olmaq üçün müsəlman yox, müsəlman olmaq üçün gərək insan olasanƏn çox oxunanlar03 Oktyabr 2026340
-
Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıbƏn çox oxunanlar07 Oktyabr 2026338
-
Onlar Allahı layiqincə dərk etmədilərƏn çox oxunanlar05 Oktyabr 2026332
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026306
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edibƏn çox oxunanlar05 Oktyabr 2026300
-
Şəkərli diabet xəstələrinə əlillik hansı hallarda təyin olunur?Ən çox oxunanlar07 Oktyabr 2026294
-
Pirallahıda məktəblilər arasında zərərli vərdişlərə qarşı maarifləndirmə aparılıbƏn çox oxunanlar05 Oktyabr 2026288
-
Din birdir - İslamƏn çox oxunanlar06 Oktyabr 2026286
-
Nyu-Yorkda qızılcaya görə fövqəladə vəziyyət elan edildiƏn çox oxunanlar06 Oktyabr 2026274
-
Gülnaz Dadaşova beynəlxalq proCardio 2026 simpoziumunda iştirak edibƏn çox oxunanlar10 Oktyabr 2026210
-
Vərəm xəstəliyinin aradan qaldırılması, profilaktikası və erkən aşkarlanması sahəsində yanaşmalar dəyişirƏn çox oxunanlar10 Oktyabr 2026204
-
RGEM molekulyar diaqnostika və epidemioloji nəzarət sahəsində əməkdaşlığı genişləndirirƏn çox oxunanlar10 Oktyabr 2026202
-
Quranın meyarında tarixi kimlikƏn çox oxunanlar09 Oktyabr 2026176
-
8 Oktyabr – Ümumdünya Görmə GünüdürƏn çox oxunanlar08 Oktyabr 2026160
-
Uşaqların sağlamlığının qorunması üçün profilaktik müayinələr və peyvəndləmə aparılırƏn çox oxunanlar07 Oktyabr 2026156
-
Müasir diabetologiyanın əsas hədəfi dəyişir – Diqqət xəstənin bütöv sağlamlığına yönəlirƏn çox oxunanlar07 Oktyabr 2026142
-
Şüurun süzgəcindən keçən həqiqət - Birinci yazıƏn çox oxunanlar11 Oktyabr 2026136