İlk dəfə Yeni Klinikada HoLEP əməliyyatı həyata keçirilib
24 Fevral 2026
532
Yeni Klinikada ilk dəfə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində prostat vəzin böyük ölçülü adenoması olan pasiyentdə müasir və qapalı üsul – HoLEP (Holmium Lazer Enükleasiyası Proseduru) əməliyyatı uğurla həyata keçirilib.
Azmedinfo.az xəbər verir ki, yüksək arterial təzyiq və əvvəl keçirilmiş insult anamnezi ilə risk qrupuna daxil olan 67 yaşlı kişi xəstədə müayinələr zamanı prostat vəzində 110 qram həcmində adenoma aşkarlanıb. Böyük həcm, yanaşı xəstəliklər səbəbilə cərrahi müdaxilə xüsusi diqqət və yüksək təhlükəsizlik standartları tələb edib.
Həkim-anestezioloq-reanimatoloq Fəridə Şamilzadənin iştirakı ilə uzman həkim-uroloq Turan Məmmədəliyev tərəfindən icra olunan əməliyyat zamanı prostat adenoması müasir lazer texnologiyası ilə qapalı üsulla tam şəkildə enükleasiya olunub.
Əməliyyatdan sonrakı dövrü nəzarət altında davam etdirilən pasiyent artıq ambulator müalicə üçün evə yazılıb.
Məlumat üçün bildirək ki, dünyada prostat vəzin xoşxassəli böyüməsinin müalicəsində ən təhlükəsiz və effektiv metodlardan biri hesab olunan HoLEP xüsusilə böyük həcmli prostatlarda yüksək effektivlik göstərir və əməliyyat zamanı minimal qan itkisi ilə müşayiət olunur. Qan durulaşdırıcı preparatlar qəbul edən xəstələr üçün daha təhlükəsiz seçim hesab edilən bu metod, eyni zamanda aşağı ağırlaşma riski və sürətli bərpa prosesi ilə seçilərək pasiyentlərin qısa müddətdə gündəlik həyatına qayıtmasına imkan yaradır.
Yeni Klinikada bu əməliyyatın ilk dəfə icra olunması ölkədə uroloji xidmətlərin inkişafı və müasir texnologiyaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
100 il uşaq sağlamlığının keşiyində: Azərbaycan pediatriyasının memarı Akademik Adilə NamazovaƏn çox oxunanlar08 Sentyabr 2026374
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026314
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026204
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026194
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026190
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026190
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026180
-
Fatihə, yoxsa Məun?Ən çox oxunanlar07 Sentyabr 2026180
-
7 sentyabr Beynəlxalq Mavi Səma Üçün Təmiz Hava GünüdürƏn çox oxunanlar07 Sentyabr 2026174
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026172
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026170
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026168
-
Bağçaların açılması və soyuq hava infeksiya riskini artırır – Valideynlərə və tərbiyəçilərə xəbərdarlıqƏn çox oxunanlar03 Sentyabr 2026168
-
Klinik ölüm zamani şüur: sənədləşdirilmiş faktlar nə deyir?Ən çox oxunanlar03 Sentyabr 2026166
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026160
-
Məktəbə hazırlıq yalnız çanta və dəftərdən ibarət deyilƏn çox oxunanlar01 Sentyabr 2026154
-
Azərbaycan-ŞƏT əməkdaşlığında səhiyyə də prioritet istiqamətlərdən biri kimi göstərilirƏn çox oxunanlar01 Sentyabr 2026152
-
8 sentyabr — Ümumdünya Fizioterapiya GünüdürƏn çox oxunanlar08 Sentyabr 2026150
-
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcəkƏn çox oxunanlar06 Sentyabr 2026150
-
Onurğa sağlamlığında kompleks yanaşma - Uşaqlar üçün fərdi proqramlar tətbiq olunurƏn çox oxunanlar07 Sentyabr 2026144