“Ozempic” və “Mounjaro” kimi ticarət adları ilə tanınan GLP‑1 sinfinə aid dərmanlar təkcə çəki azaltmaqla kifayətlənmir, həm də artıq çəkili insanlarda astma simptomlarını yüngülləşdirə bilər. Bu qənaətə Aberdin Universiteti və Sinqapurun Müşahidə və Praqmatik Tədqiqatlar İnstitutunun (OPRI) alimləri gəliblər. Onlar 60 000-dən çox xəstənin məlumatlarını təhlil ediblər.
Azmedinfo.az xəbər verir ki, tədqiqatın nəticələri “Advances in Therapy” jurnalında dərc olunub.
Alimlər bir il ərzində GLP‑1 preparatlarını qəbul edən pasiyentlərlə qəbul etməyənləri müqayisə ediblər. Məlum olub ki, bu preparatları qəbul edənlərdə astmanı nəzarətdə saxlamaq üçün təyin olunan steroidlərin və digər dərmanların istifadəsi azalıb. Üstəlik, bu müsbət təsirlər cəmi 0,9 kiloqramlıq çəki itkisi ilə müşahidə olunub.
Bu effektin mexanizmi GLP‑1-in iltihab əleyhinə təsiri ilə izah olunur. Bu təsir steroid preparatlardan fərqli şəkildə baş verir və xüsusilə standart müalicəyə zəif reaksiya verən artıq çəkili astma xəstələri üçün əhəmiyyətlidir.
Tədqiqat müəllifləri hesab edirlər ki, GLP‑1 sinfinə aid preparatlar gələcəkdə tənəffüs yolları xəstəliklərinin müalicəsində perspektivli vasitə kimi qiymətləndirilə bilər. Yeni klinik tədqiqatlar bu dərmanların astma terapiyasındakı effektivliyini daha dəqiq müəyyənləşdirəcək.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654