Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
30 May 2026, Şənbə, 23:49
Əlaqə vasitələri
Bizimlə əlaqə
Milyonların həyatını xilas edə biləcək antibiotik - “Zosurabalpin” 3-cü faza sınağında
30 May 2025
488
Milyonların həyatını xilas edə biləcək antibiotik - “Zosurabalpin” 3-cü faza sınağında

"Zosurabalpin" dərmanının 2030-cu ilə qədər təsdiqlənməsi gözlənilir.

 

Milyonlarla insanın həyatını xilas etmək potensialına malik yeni antibiotik insanlar üzərində sınaqların son mərhələsinə qədəm qoyub.

 

Azmedinfo.az "Medimagazin"ə istinadən yazır ki, İsveçrəli dərman istehsalçısı "Roche" pnevmoniya və sepsis kimi ciddi klinik infeksiyalara səbəb olan ümumi bir bakteriyaya qarşı inkişaf etdirdiyi antibiotikin testlərini üçüncü və son mərhələyə daşıdığını açıqladı.

 

Harvard Universiteti ilə birgə hazırlanan "Zosurabalpin" adlı antibiotik dərmana davamlı Acinetobacter baumannii bakteriyasına qarşı sınaqdan keçiriləcək.

 

İstehsalçı elan etdi ki, 3-cü faza tədqiqatı, dünyanın hər yerindən təxminən 400 xəstənin təsadüfi olaraq müalicə almaq üçün təyin ediləcəyi tək əsas tədqiqat olacaq.

 

Ən çox oxunanlar