ABŞ-ın Harvard Universitetinin Viss İnstitutundan olan tədqiqatçılar koronavirusun insan hüceyrələrinə daxil olmasının qarşısını ala bilən yeni antivirus preparatı hazırlayıblar.
Azmedinfo.az xəbər verir ki bu barədə "Frontiers in Molecular Biosciences" məlumat yayıb. Yeni dərman virusun tez-tez mutasiyaya uğrayan xarici hissələrinə deyil, hüceyrə ilə birləşməsinə cavabdeh olan və daha stabil daxili elementinə təsir edir.
COVID-19 pandemiyasının qlobal miqyas aldığı 2020-ci ildən işə başlayan alimlər, animasiya sənayesində istifadə olunan kompüter modelləşdirmə texnologiyalarından istifadə edərək virusu bloklayan molekulları aşkar ediblər. İlkin mərhələdə diqqətə çarpan bemsentinib adlı mövcud preparat hüceyrələrə virusun daxil olmasını məhdudlaşdırsa da, effektivliyi məhdud idi.
Viss İnstitutunun mütəxəssisləri bemsentinibin strukturunu optimallaşdıraraq yeni nəsil WYS-694 adlı preparat yaradıblar. Laboratoriya testlərində WYS-694 SARS-CoV-2-yə qarşı əhəmiyyətli dərəcədə yüksək aktivlik göstərib. Maraqlıdır ki, bu dərman SARS və MERS koronaviruslarına qarşı da təsirli olub.
Laboratoriya siçanları üzərində aparılan təcrübələrdə dərman, infeksiyadan əvvəl tətbiq edildikdə, orqanizmdəki virus yükünü dörd dəfə azalda bilib. Müxtəlif molekul variantlarının effektivliyinin müqayisəsi də aparılıb. Bemsentinib orta təsir göstərdiyi halda, WYS-633 ona bərabər aktivlik nümayiş etdirib, WYS-694 isə WYS-633-dən 12,5 dəfə güclü olub.
Alimlər qeyd edirlər ki, ümidverici nəticələrə baxmayaraq, WYS-694-ün təsir mexanizmi hələ tam öyrənilməyib. Dərmanın virus zülalının hədəf hissəsi ilə necə bağlandığını müəyyən etmək üçün rentgen struktur analizi və ya kriyoelektron mikroskopiya kimi əlavə araşdırmalar tələb olunur.
Buna baxmayaraq, WYS-694 koronavirus infeksiyalarının profilaktikası və müalicəsi sahəsində əhəmiyyətli irəliləyiş ola bilər. Həblər şəklində təqdim edilməsi dərmanı xüsusilə simptomlar yaranmazdan əvvəl, kütləvi tətbiq üçün əlverişli edir.
-
Mədə xərçəngi ilə mübarizə - Maarifləndirmə aksiyası davam edirƏn çox oxunanlar28 Oktyabr 20261054
-
Tələbələrə reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması mövzusunda geniş məlumat verilibƏn çox oxunanlar28 Oktyabr 20261038
-
Azərbaycanda xərçəngin bu növü ölüm hallarına görə ikinci yerdədir - Üç günlük aksiya başa çatdıƏn çox oxunanlar29 Oktyabr 20261038
-
Yeniyetmənin mədə-bağırsağından saç kütləsi çıxarıldıƏn çox oxunanlar28 Oktyabr 20261032
-
29 oktyabr – Ümumdünya insultla mübarizə günüƏn çox oxunanlar29 Oktyabr 2026916
-
Kardiologiya İnstitutunda yeni rezidentlər təqdim olunub, elmi-praktik təqdimat keçirilibƏn çox oxunanlar28 Oktyabr 2026912
-
Uşaq makiyaj süngərini uddu, bağırsağının bir hissəsi çıxarıldıƏn çox oxunanlar31 Oktyabr 2026886
-
Şiə təriqət deyilƏn çox oxunanlar28 Oktyabr 2026884
-
Sığorta qarşılayır deyə hər müayinəni etdirmək vacibdirmi? - Professor müraciət etdiƏn çox oxunanlar31 Oktyabr 2026872
-
Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıbƏn çox oxunanlar01 Noyabr 2026858
-
Xroniki qəbizlikdən əziyyət çəkən 10 yaşlı uşağa mürəkkəb cərrahi əməliyyat icra olunubƏn çox oxunanlar01 Noyabr 2026850
-
Həkim sidikdə zülalın hansı hallarda təhlükəli olduğunu açıqlayıbƏn çox oxunanlar01 Noyabr 2026850
-
Diabetin idarə olunmasında texnologiyanın rolu artırƏn çox oxunanlar30 Oktyabr 2026830
-
Əhli-Beytin elmi irsinin oğurlanması və müəlliflik hüququnun mənimsənilməsiƏn çox oxunanlar02 Noyabr 2026778
-
Mirzə Ələkbər Sabirin "Fəxriyyə"si: bir xalqin özünə tutduğu güzgüƏn çox oxunanlar31 Oktyabr 2026774
-
Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdurƏn çox oxunanlar02 Noyabr 2026750
-
Şəhid ailəsinin vaxtından əvvəl doğulmuş əkiz körpələri sağlamlıqlarına qovuşubƏn çox oxunanlar02 Noyabr 2026746
-
Rezidentlərin nəzəri bilikləri klinik təcrübə ilə möhkəmləndirilibƏn çox oxunanlar31 Oktyabr 2026724
-
Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” keçirilirƏn çox oxunanlar01 Noyabr 2026712
-
Endokrinoloq menopauza dövründə hormonal plastırların faydaları və mümkün risklərindən danışdıƏn çox oxunanlar02 Noyabr 2026708