Akademik: Gələcəkdə tərəvəzlər dərmanların yerini tuta bilər
Tərəvəz və meyvə bitkiləri gələcəkdə dərman preparatlarını əvəz edə bilər.
Azmedinfo.az xəbər verir ki, bu fikri Rusiya Elmlər Akademiyasının akademiki, Federal Tərəvəzçilik Elmi-Tədqiqat Mərkəzinin direktoru Aleksey Soldatenko “Komsomolskaya pravda” radiosunun “Elm vaxtı” proqramında səsləndirib.
Alimin sözlərinə görə, müasir tendensiya insanların gündəlik tonusunu yüksəltmək və ömür müddətini artırmaq üçün fərdiləşdirilmiş qida məhsullarının yaradılmasına yönəlib. Seleksiyaçıların əsas vəzifəsi əvvəllər olduğu kimi, bu gün də məhsuldarlığı yüksək, xəstəliklərə və zərərli amillərə qarşı davamlı sort və hibridlərin yetişdirilməsidir. Alim qeyd edib ki, bu gün seleksiya işi daha maraqlı və səmərəli olub, çünki klassik üsullara biotexnologiya, molekulyar biologiya və genetikanın nailiyyətləri əlavə edilib. Bu isə konkret xüsusiyyətlərə malik orqanizmlər yaratmağa imkan verir.
“Bizim mərkəzdə yeni bir istiqamət fəaliyyət göstərir – tərəvəzlər təkcə qida deyil, həm də dərmandır. Biz antioksidantlar, vitaminlər və digər həyati vacib maddələrin miqdarı artırılmış yeni sort və hibridlər yaradırıq. Bu maddələri biz ya qidada kifayət qədər qəbul etmirik, ya da bioloji fəallığa malik əlavələr və dərman vasitələri ilə kompensasiya etməyə çalışırıq. Gələcəkdə isə tərəvəz və meyvə bitkiləri dərmanların yerini tutmalıdır,” – deyə akademik “Komsomolskaya pravda” radiosuna müsahibəsində bildirib.
Alim qeyd edib ki, mərkəzin əsas işi yeni sort və hibridlərin yaradılmasına yönəlib. Buna yaxın növ bitkilərin, məsələn, baş soğanın seleksiyası da daxildir – məqsəd onun davamlılığını artırmaqdır. Dərmanların tərəvəzlərlə əvəz olunması ehtimalı ilə bağlı suala cavab verən akademik bildirib ki, bu mümkündür, lakin düzgün qida seçimi üçün insanın genetikası və bağırsaq mikrobiotası barədə dərin biliyə ehtiyac var. O, sağlam və uzun ömrü ciddi bir hədəf adlandırıb.
Eyni zamanda, akademik bu gün insanların orqanizmin normal fəaliyyəti üçün zəruri olan minimal gündəlik tərəvəz normasını belə qəbul etmədiyini, daha çox ət və süd məhsullarına üstünlük verdiyini və bu problemin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654