Əzələ-invaziv sidik kisəsi xərçəngi olan xəstələrin təxminən dörddə biri müalicə oluna bilər və mövcud standart kimyaterapiyadan faydalana bilər.
Azmedinfo.az xəbər verir ki, ABŞ-nin Beylor Tibb Kollecinin tədqiqatçıları bəzi şişlərin kimyaterapiyaya qarşı möhkəm müqavimət gücünün olmasının səbəblərini ayırd etmək və bu xərçəng növləri üçün daha təsirli müalicə üsullarının müəyyənləşdirmək məqsədilə, əzələ-invaziv sidik kisəsi xərçəngi şişlərinin ətraflı molekulyar analizini aparıblar.
Tədqiqat barədə məlumat verən Beylor Tibb Kollecinin laboratoriya müdiri Metyu V.Holt "məqsədlərimizdən biri xəstələrin şişlərində molekulyar markerləri müəyyən etmək idi ki, bu da bizə kimyaterapiyadan hansı pasiyentlərin daha çox faydalandığını, hansıların isə ümumiyyətlə müsbət nəticə ala bilmədiyini dəqiqləşdirməyə kömək edəcək" – deyə diqqətə çatdırıb.
Tədqiqatçılar genomika, transkriptomika, proteomika və fosfoproteinləri əhatə edən hərtərəfli inteqrasiya olunmuş multi-omik yanaşmadan istifadə edərək 60 əzələ-invaziv sidik kisəsi xərçəngi şiş nümunəsini araşdırıblar. Onlar zülal izoformlarını, yəni fərqli davrana bilən eyni zülalın bir qədər fərqli formalarını öyrəniblər.
Əldə olunan irihəcmli verilənlər riyazi hesablama proqramlarının köməyilə təhlil edilərək hər bir şiş nümunəsi üçün molekulyar profil yaradılıb. Müəyyən olunub ki, bəzi izoformlar, xüsusən də ATAD1 və RAF ailəsi kimi zülallar, kimyaterapiyaya müsbət cavab verən şişlərdə daha çox rast gəlinir. Həmin izoformları yalnız genlərə və ya RNT-yə baxmaqla müəyyən etmək mümkün deyildi. Bu, zülalları birbaşa öyrənməyin vacibliyini vurğulayır.
Tədqiqatçılar, həmçinin müalicədən əvvəl və sonra nümunələri olan xəstələrin molekulyar profillərini müqayisə edərkən müəyyən dəyişikliklər aşkarlayıblar. Kimyaterapiyadan sonra bəzi şişlər öz alt tiplərini dəyişiblər.
Bu araşdırma spesifik zülalları, müalicəyə qarşı müqavimət yollarını, habelə rezistent şişlər üçün yeni müalicə üsullarını müəyyənləşdirib. Əldə edilən yeni tədqiqatın əhəmiyyətindən danışan müəlliflər vurğulayıblar ki, nəticələr effektiv müalicəyə uyğunlaşan populyasiyanın genişləndirilməsinə, eyni zamanda ümumi müalicə nəticələrini yaxşılaşdırmağa kömək edən vacib məlumatlar verir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654