Cənubi Kaliforniya Universitetinin yeni araşdırmasına görə, spirtli içkidən çox istifadə edən amerikalıların ciddi qaraciyər xəstəliyinə tutulma riski 20 il bundan əvvəl olduğundan iki dəfədən artıqdır.
Azmedinfo.az xəbər verir ki, amerikalı alimlərin bu yeni tədqiqatı spirtli içki istifadəçilərinin demoqrafik göstəricilərinə diqqət çəkib. Belə ki, adı göstərilən dörd qrup 20 il əvvəlkindən daha çox alkoqol istifadə edən şəxslərin payına düşür:
1) qadınlar;
2) yaşı 45 və daha çox olan şəxslər;
3) yoxsullar;
4) metabolik sindromu – ürəyin işemik xəstəliyi, diabet və insult riskini artıran xəstəliklər qrupu olan insanlar.
Daha əvvəl aparılan tədqiqatlar adıçəkilən qruplara aid şəxslərin alkoqol səbəbindən qaraciyər xəstəliklərinə düçar olmaq riski daşıdıqlarını göstəriblər.
Amerikalı hepatoloq və qaraciyər transplantasiyası üzrə mütəxəssis Brayan Pey Lim Linin sözlərinə görə, alkoqol səbəbindən yaranan xəstəliklər qaraciyərlə bağlı insan ölümünün əsas səbəbidir. Bu öz növbəsində, spirtli içkilərin istehlakının zəmin yaratdığı təhlükələr haqqında ciddi xəbərdarlıq əlamətidir. "Əldə edilən tədqiqat nəticələri 1990-cı illərdən bəri ağır alkoqol istehlakının demoqrafik göstəricilərinə və onun qaraciyər xəstəlikləri ilə əlaqəsinə dair ilk genişmiqyaslı təhlildir. Bu nəticələr son illərdə qaraciyər xəstəliklərinin artmasının səbəblərini müfəssəl izah edir" – deyə, Brayan Lim Li vurğulayıb.
Bundan əlavə, araşdırma Amerikada alkoqol istehlakının orta səviyyəsinin COVID-19 pandemiyasından əvvəl son 20 il ərzində dəyişməz qaldığını müəyyənləşdirib. Beləliklə təxmin etmək olar ki, postpandemiya dövründə dəyişən sağlamlıq vəziyyəti və demoqrafik xüsusiyyətlər və s. kimi alkoqol istehlakı ilə əlaqəsi olmayan amillər qaraciyər xəstəliklərinin artmasına zəmin yarada bilər.
Adıçəkilən tədqiqatın müəllifləri əmindirlər ki, əldə olunan nəticələr xəstələrin daha effektiv müalicəsi üçün həkimlərə lazımi yeniləmələri təqdim edəcək. Həmçinin yüksək risk qrupuna daxil olan pasiyentlərə göstərilən müayinə və müalicə xidmətinin miqyasının və istiqamətlərinin genişlənməsinə zəmin yaradacaq.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654