Mütəxəssislər, isti havalarda müşahidə olunan ürək döyüntüsü, sinədə ağrı, nəfəs darlığı kimi şikayətlərin həm ürək xəstəliklərinə, həm də panik ataklara işarə ola biləcəyini bildirirlər.
Azmedinfo.az Ankara Bilkent Şəhər Xəstəxanasının professoru Tələt Kələşin açıqlamasını diqqətə çatdırır. Türkiyəli mütəxəssis qeyd edib ki, yay aylarında havanın temperaturunun yüksəlməsi ürək xəstələrinin səhhətində ciddi problemlər yarada bilər. Hətta ürək çatışmazlığı, hipertoniya və koronar arteriya kimi xəstəliyi olan şəxslərdə infarkta səbəb ola bilər.
İsti havalarda insan bədənində temperatur tarazlığını saxlamaq üçün müxtəlif fizioloji mexanizmlər yarandığını, həmçinin damarların genişləndiyini və tərləmənin artdığını söyləyən T.Kələş, "ürək çatışmazlığı olan xəstələrin istifadə etdikləri sidikqovucu dərmanların yaratdığı maye itkisi böyrəklərin fəaliyyətini poza və ürək çatışmazlığını şiddətləndirə bilər. İsti hava koronar arteriyadan əziyyət çəkən xəstələrdə infarkta yol aça bilər" – deyə diqqətə çatdırıb. Adıçəkilən xəstəliklərdən əziyyət çəkən şəxslərin günün müəyyən saatlarında açıq havada olmamaları vacibdir.
İsti havanın təkcə fiziki deyil, həm də psixoloji sağlamlığa təsir göstərdiyi sirr deyil. Türkiyəli professor, xüsusilə panik ataklarla qarışdırıla biləcək əlamətlərə qarşı diqqətli olmağı tövsiyə edib: panik atak zamanı anidən nəfəs darlığı, ürək döyüntüsü, döş qəfəsində ağrı kimi şikayətlər başlaya bilər. Bunlar həm də ürək xəstəsində başlaya bilər və infarkt əlaməti ola bilər. Daha əvvəldən ürək xəstəliyi olan şəxslərdə sadalanan əlamətlər baş verərsə, mütləq müayinə üçün tibb müəssisəsinə müraciət etmək lazımdır.
Hər 10 nəfərdən biri panik atakdan əziyyət çəkir
Ankara Bilkent Şəhər Xəstəxanasının dosenti Seda Kiraz bildirib ki, panik atak insanın gündəlik həyatına ciddi təsir göstərə bilən, anidən başlayan, güclü qorxu və fiziki əlamətlərlə müşayiət olunan vəziyyətdir. Onun sözlərinə görə, panik atak keçirən hər kəsdə psixiatrik pozğunluq olduğunu deyə bilmərik. Ümumi əhali arasında hər 10 nəfərdən biri həyatında ən az bir dəfə panik atak keçirir.
Əgər bu vəziyyət tez-tez baş verirsə, insanın iş həyatına və həyat keyfiyyətinə mənfi təsir edirsə, panik atak olmadığı hallarda da panik atak keçirəcəyindən qorxur və narahatdırsa, o zaman mütəxəssis dəstəyi almalıdır.
Aparılan elmi araşdırmalar isti havanın panik atak və narahatlığı artırdığını göstərir. İsti hava, ürək döyüntüsü, narahatlıq, boğulma və ya yuxusuzluq kimi əlamətlər panik ataklara səbəb ola bilər.
Panik atakların olmadığı dövrlərdə nizamlı yuxu, qidalanma və müəyyən fiziki fəaliyyətlər və ya məşğuliyyətlərlə onların qarşısını almağa cəhd etmək olar.
Bu şəxslərə günün ən isti saatlarında çölə çıxmamaq, yuxu rejiminə və su sərfiyyatına fikir vermək, özlərini yaxşı hiss etdirən məşğuliyyətə daha çox vaxt ayırmaq tövsiyə olunur. Panik atak vəziyyətləri davam etdiyi təqdirdə, peşəkar dəstək almaq məqsədəuyğundur.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261116
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261096
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261052
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261022
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261022
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026944
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026928
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026926
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026926
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026926
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026918
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026908
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026888
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026880
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026856
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026812
-
Quranda İslamı kökündən dəyişən yozumlarƏn çox oxunanlar20 Oktyabr 2026790
-
Səhiyyə islahatlarının əsas məqsədi vahid idarəetmə sisteminin formalaşdırılmasıdır ŞƏRHƏn çox oxunanlar20 Oktyabr 2026766
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı MÜRACİƏTİƏn çox oxunanlar20 Oktyabr 2026750
-
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid strateji idarəetməni gücləndirəcəkƏn çox oxunanlar20 Oktyabr 2026742