Ultrabənövşəyi şüalanma (UŞ) dəri xərçəngi, dəri fotoyaşlanması və günəş yanığına zəmin yaradır. İnsan dərisi üçün zərərli ola bilər, ona görə də günəşdən qorunmaq son dərəcə vacibdir. 1928-ci ildə ilk günəş kremi hazırlanıb insanların istifadəsinə verildikdən bəri onun təhlükəsizliyi, effektivliyi və ətraf mühitə təsiri ilə bağlı təzadlı fikirlər, narahatlıqlar davam edir. Dünyanın müxtəlif elmi mərkəzlərindən olan mütəxəssislər bu istiqamətdə davamlı araşdırmalar aparırlar.
Azmedinfo.az Akademik Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun həkim rezidenti Nuranə Mürşüdlünün mövzu ilə bağlı məqaləsini təqdim edir:
Günəş həyat üçün çox faydalı və zəruri olsa da, həddindən artıq günəş şüaları altında qalmaq sağlamlıq üçün dəri xərçəngi və s. formasında zərərli təsirlərə səbəb ola bilər. Yerə müntəzəm olaraq düşən elektromaqnit şüalarının ümumi miqdarının 8 %-i UŞ kimi təsnif edilir. Bütün ultrabənövşəyi şüalar eyni xüsusiyyətləri daşımadıqları, canlılar aləminə fərqli formalarda təsir göstərdikləri üçün UŞ-A, UŞ-B və UŞ-C şəklində üç kateqoriyaya bölünürlər. UŞ-A dərinin vaxtından əvvəl qocalmasına və dəri xərçənginin inkişafına əhəmiyyətli dərəcədə yol açır. UŞ-B, isə günəş yanığına səbəb olur.
Ümumiyyətlə, ultrabənövşəyi şüaların tez-tez rast gəlinən, ən bariz kəskin klinik təsiri günəş yanıqları – eritemadır. Məsələn, Amerika Birləşmiş Ştatlarında 2023-cü ildə aparılan bir tədqiqat çərçivəsində 14-18 yaş arasında olan 21 894 nəfərin 57 %-i son 12 ayda ən azı bir dəfə günəş yanığı olduğunu bildirib.
Dəri xərçənginin yaranma səbəbinin 90 %-ni zərərli günəş radiasiyasının təsiri ilə əlaqələndirən bir çox həkim ultrabənövşəyi şüaların zərərli təsirlərini minimuma endirmək və ya mümkün olduğu qədər, tamamilə aradan qaldırmaq üçün günəş kremlərinin istifadə olunmasıni tövsiyə edirlər.
Təəssüf ki, mediada və internet resurslarında günəş şüalarından qoruyan vasitələrin tərkibində olan aktiv maddələrin təhlükəsizliyi, toksiklik və kəskin yan təsirləri barədə qeyri-dəqiq məlumatlar yayılır.
Bəzi mütəxəssislərin fikrincə, günəşdən qoruyucu vasitələr ətraf mühitə ciddi şəkildə mənfi təsir göstərir. Məsələn, mərcan riflərini məhv edir, balıq toxumalarında və su obyektlərində bioakkumulyasiyaya zəmin yaradır.
Bəzi araşdırmalarda günəşdən qoruyan kremlərin hormonal sistemə və hamiləliyə, eləcə də insan dərisinə mənfi təsirləri qeyd olunub. Bununla yanaşı, bir qrup tədqiqatçı əmindir ki, adıçəkilən vasitələr dəri xərçənginin inkişafının qarşısını alaraq günəş işığının kanserogen təsirlərini boğur.
Əksər dəri xərçəngləri keratinositlərdən əmələ gəlir, keratinosit xərçəngi adlanır ki, bunların iki növü vardır. Bunlar bazal hüceyrəli karsinoma və skuamöz hüceyrəli karsinomdur. Tipik olaraq, bu zədələnmələr metastaz vermir və ölümlə nəticələnmir. Dəri xərçənginin ən ciddi növü dəri melanomasıdır. O, müalicə edilmədən yüksək metastatik və ölümcül ola bilər.
Son onilliklərdə bir çox ölkədə keratinosit xərçəngi və melanoma halları durmadan artır. Bununla belə, Avstraliya, Yeni Zelandiya və Danimarka kimi bəzi ölkələrdə melanomaya düçar olma halları son illərdə sabitləşir və ya azalır. Bu, çox güman ki, son illərdə ilkin profilaktikanın təkmilləşdirilməsi ilə bağlıdır.
Günəş şüalarından qoruyan “neytral sıxlıq” məhsullarının hazırlanması
Günəş şüalarından qoruyan kremlərin homeostazı adlanan “neytral sıxlıq” məhsullarının inkişafı istiqamətində artan tendensiya vardır. Günəşdən qoruyucu vasitələr günəş UŞ-ni zəiflətməklə təsir göstərir, yəni bioloji hədəfə çatan spektral aktiv UŞ dozasını azaldır. Belə məhsulların məqsədi insan orqanizmini günəş UŞ-nin spektral paylanmasından qorumaqdır. Fərqli fotobioloji bitiş nöqtələrinin fərqli təsir spektrinə malik olduğunu nəzərə alsaq, neytral sıxlıqlı günəş kremi bir bioloji prosesə digərinin hesabına müdaxilə etməməlidir.
Bəzi tədqiqatlar göstərdi ki, açıq havada aparılan sınaqlar laboratoriyada əldə ediləndən daha az günəşdən qorunma faktoru verir. Bu nöqteyi-nəzərdən belə bir fərziyə irəli sürülüb ki bu, günəş radiasiya mənbələrinin günəş yanığına səbəb ola biləcək görünən şüanın olmaması ilə əlaqədar ola bilər.
Laboratoriya şəraitində kəskin reaksiyalarda günəşdən qoruyucu istifadənin faydalarını göstərən xeyli sayda ədəbiyyat nümunəsi var. Bu tədqiqatların bəziləri günəş işığından başqa uyğun olmayan UŞ mənbələri ilə aparılıb. Günəş radiasiyasını imitasiya edən tədqiqatlar göstərib ki, günəşdən qoruyucu vasitələr DNT-nin, fotoimmunosupressiya və günəş yanığı ilə induksiya olunan hüceyrə formalaşmasının zədələnməsinin qarşısını ala bilir.
Bir sıra müşahidə və müdaxilə tədqiqatları göstərib ki, günəşdən qoruyucu istifadə skuamoz hüceyrəli karsinoma və melanoma üçün biomarker kimi qəbul edilə bilən aktinik keratozu boğur. Onların bazal hüceyrəli karsinomaları basdırdığına dair heç bir inandırıcı sübut yoxdur.
Bir araşdırmada 2012-ci ildən 2031-ci ilə qədər günəşdən qoruyucu vasitələrdən istifadənin melanoma xəstəliyinin kumulyativ hallarına təsirini qiymətləndirilib. Və günəş kremindən istifadənin artırılmasının ABŞ və Avstraliyada melanoma hallarının təxminən 10% azalda biləcəyi qənaəti təqdim edilib.
Dövri biopsiyaya əsaslanan başqa bir ikiillik araşdırma günəş kremlərinin gündəlik istifadəsinin fotoqocalmanın histoloji markeri olan günəş elastozunun azalması ilə nəticələndiyini göstərib.
Günəş kremlərinin yan təsirləri
Günəş kremləri günəş şüalarının təsiri altında olan zaman dəridə qalmalı və günün sonunda yuyulmalıdır. Günəşdən qoruyucu vasitələrin dəriyə nüfuz etdiyinə və plazma və sidikdə aşkar oluna biləcəyinə dair sübutlar var.
Günəş kremindən uzunmüddətli istifadə olunmasının nəticələrini araşdıran bir tədqiqatda adıçəkilən kremlərin ölüm nisbətinə heç bir təsir göstərmədiyi göstərilib.
Günəş kremləri üzərində aparılan müstəqil sınaqlar benzolla çirklənmənin səviyyəsini aşkar edib və bu məhsulların istehlakçıların təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurub.
ABŞ Qida və Dərman Vasitələri Administrasiyası 2021-ci ildə istehsalçıları potensial benzol çirklənməsindən xəbərdar olmağa və qabaqlayıcı tədbirlər görməyə çağırıb. Nəticədə, ABŞ-nin Vircin adaları, Havay, Palau ada dövləti və Hollandiyanın Boneyr adası və digər yerlərdə tərkibində bu birləşmə olan günəşdən qoruyucu vasitələr qadağan edilib.
İnsan sağlamlığı ilə bağlı narahatlıqlara əlavə olaraq, günəşdən qoruyucu vasitələrin su ekosistemlərində ətraf mühiti çirkləndirici ola biləcəyi ilə bağlı artan narahatlıq var.
Amerikalı tədqiqatçıların 2022-ci ildə apardıqları başqa bir araşdırma belə nəticəyə gəlib ki, Havay arxipelaqının 3 adasında yağış sularının axıdıldığı nöqtələrdə çimərlik qumunun birbaşa günəş kremlərində tapılan bir neçə neft-kimya mənşəli UŞ filtrləri ilə çirklənib. Bu kimyəvi maddələr mərcan qayalıqlarının yaşayış yerləri üçün ciddi təhlükə yarada bilər.
Günəş qoruyucularının tərkibindəki kimyəvi maddələr DNT-nin zədələnməsi, hormonal pozulma, oksidləşdirici stress, fotosintezin inhibəsi, xəstəliklərə qarşı həssaslığın artması və istilik stressinin şiddətlənməsi ilə mərcan ağartmasına səbəb ola bilər. Bu mexanizmlər birləşərək mərcanların sağlamlığına xələl gətirir və simbiotik yosunların qovulmasına gətirib çıxarır, nəticədə ağardılmış mərcanların xarakterik ağarması baş verir.
Mərcan qayaları bu UŞ filtrləri səbəbindən risk altındadırsa, eyni zəhərli təsirlərin onları birbaşa dərilərinə tətbiq edən insanlara da aid olub-olmadığını düşünməmək mümkün deyil.
2020-ci ildə aparılan digər araşdırmaya cəlb olunan 48 təsadüfi iştirakçı 4 günəş kremindən 1-nin təsirinə məruz qalıb. Aparılan laborator qan analizlərinin sonunda aşkar olunub ki, bütün 6 aktiv maddənin plazmadakı orta pik konsentrasiyası 0,5 ng/mL-dən yuxarıdır. Günəş kremindən istifadə olunmasının elə ilk günündə doza həddi aşılıb. Bu onu göstərir ki, transdermal tətbiqdən sonra bu ksenobiotiklər sistemli dövriyyəyə keçir.
Potensial zərərli günəşdən qoruyucu komponentlər sistemli şəkildə udulduğundan, bu ksenobiotiklərin sistemli toksiklik risk profili böyüklərdə körpələr və uşaqlarla müqayisədə çox fərqli ola bilər. Körpələrdə hipotetik olaraq bəzi günəşdən qoruyucu məhsulların tərkibindəki potensial zərərli ksenobiotiklərin mənfi dermal və sistematik yan təsirlərinin inkişaf riski daha yüksək səviyyədə ola bilər.
Günəşdən qoruyucu vasitələrin toksikliyi ilə bağlı artan elmi biliklərə baxmayaraq, bu məhsulların istifadəsi ilə bağlı mövcud ictimai rəy, yeni tapıntıların ictimai istifadəyə asanlıqla konvertasiya oluna bilməyəcəyini göstərir. Tədqiqatlar çərçivəsində aparılan sorğularda respondentlərin demoqrafik xüsusiyyətlərindən və müxtəlif sorğuların nəticələrindəki fərqlərdən asılı olaraq fikirlərdə əhəmiyyətli fərq nəzərə çarpır. Günəşdən qoruyucu vasitələrdən istifadə və onun insan sağlamlığı və ətraf mühit üçün əlaqəli riskləri ilə bağlı daim dəyişən bilik bazası haqqında ictimaiyyətin məlumatlandırılmasına ehtiyac var.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026220
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026176
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026174
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026166
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026166
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142