Alimlər xəbərdarlıq edirlər ki, qida rasionumuz gələcəkdə düçar olacağımız xroniki xəstəliklərin sayını müəyyənləşdirir.
Azmedinfo.az son isveçli alimlərin apardığı tədqiqata istinadla xəbər verir ki, sağlam qidalanma, məsələn, bitki, balıq, doymamış yağlarla zəngin olan Aralıq dənizi pəhrizi yaşlılarda demensiya və s. kimi xroniki xəstəliklərin inkişafını ləngidə bilər. Emal olunmuş ət və şəkərlə zəngin iltihablı pəhrizlər tamamilə əksinə, bu xəstəliklərin inkişafını sürətləndirə bilər.
İsveçin Karolinska İnstitutunun tədqiqatçıları dörd pəhrizə istinad edərək qida rasionunun yaşlı insanlarda xroniki xəstəliklərə necə təsir etdiyini araşdırıblar.
Tədqiq olunan pəhrizlərdən üçü özündə tərəvəzləri, meyvələri, tam taxılları, qoz-fındıq və paxlalıları, doymamış yağları ehtiva edən sağlam qidalanma rasionu olub. Bu pəhrizlər şirniyyatın, qırmızı ətin, emal olunmuş ət məhsullarının və yağ/marqarin istehlakının azaldılmasına meyl edir.
Dördüncü pəhriz, isə qırmızı ətdən, emal edilmiş ət və taxıl məhsullarından, şəkərli içkilərdən ibarət olan, tərəvəz, çay və qəhvənin daha az qəbul edildiyi iltihablı rasiondan ibarət olub.
Tədqiqatçılar 15 il ərzində İsveçdə yaşı 60 və daha yuxarı olan 2400 şəxsin qida rasionunu və onların xroniki xəstəliklərini izləyiblər.
Araşdırma qida qəbulu tezliyini, dörd pəhriz nümunəsinə riayət edilib-edilməməsinin öyrənilməsinə, həmçinin dörd modelə – empirik, pəhriz, iltihab indeksi, alternativ Aralıq dənizi pəhrizi uyğunluq modelinə əsaslanan sorğu əsasında aparılıb.
Multimorbidlik xroniki xəstəliklərin sayı kimi müəyyən edilib və orqan sistemləri – dayaq-hərəkət, ürək-damar və sinir sistemi xəstəlikləri üzrə qruplaşdırılıb.
Tədqiqatın nəticələri göstərir ki, sağlam qidalanmaya üstünlük verən şəxslərdə ürək-damar xəstəlikləri və demensiya kimi xroniki xəstəliklər çox ləng inkişaf edir. Pəhrizin qoruyucu təsiri qocalma ilə əlaqəli xəstəliklərin əsas səbəbi olan iltihabın azalması ilə izah edilə bilər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654