Sidney Universitetinin alimlərinin apardığı son araşdırma göstərib ki, sağlamlığın nəzərəçarpacaq dərəcədə yaxşılaşması üçün gündə cəmi 7000 addım atmaq kifayətdir. Bu nəticə, uzun illər ərzində geniş yayılan “gündə 10 min addım” tövsiyəsinin yenidən nəzərdən keçirilməsinə səbəb olub.
Azmedinfo.az bu barədə "ABC News"a istinadən xəbər verir ki, tədqiqat çərçivəsində 57 fərqli araşdırmadan 160 mindən çox yetkin insanın məlumatları təhlil edilib. Nəticələr göstərib ki, 7000 addım ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet, demensiya və bəzi onkoloji xəstəliklər kimi ciddi problemlərin yaranma riskini xeyli azaldır.
Alimlər bu hədəfin əksər insanlar üçün daha real və əldə edilə bilən olduğunu bildirirlər. Maraqlıdır ki, 7000 addım səviyyəsinə çatdıqdan sonra əlavə addımların sağlamlığa təsiri azalır. Məsələn, 7000 və 10.000 addım atan insanlar arasında ölüm riski baxımından ciddi fərq yoxdur. Lakin bəzi hallarda – məsələn, şəkərli diabet və demensiya kimi xəstəliklərdə – fiziki aktivliyin az da olsa artırılması əlavə fayda verə bilər.
Hətta gündə sadəcə 4000 addım atmaq belə oturaq həyat tərzi ilə müqayisədə ciddi sağlamlıq üstünlüyü təmin edir.
Araşdırmanın müəlliflərindən biri, professor Melodi Din qeyd edib ki, burada əsas məsələ addım sayından çox hərəkət etmək vərdişini formalaşdırmaqdır. Bu xüsusilə oturaq həyat tərzi keçirən insanlar üçün önəmlidir: azca aktivlik belə sağlamlıq üçün böyük fərq yarada bilər.
Məlburn Universitetindən professor Kim Bennell isə bildirib ki, “10 min addım” anlayışı elmi əsaslara deyil, daha çox marketinq ideyasına söykənir. Onun fikrincə, daha sadə və real məqsədlər qoymaq onların davamlı tətbiqini asanlaşdırır.
Bu araşdırma həm fiziki, həm də psixoloji sağlamlıqla bağlı bu qədər geniş spektri əhatə edən ilk tədqiqat hesab olunur.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654