Sosial məsuliyyətə nümunəvi dəstək - Yeni Klinika və Nizami Rayon İcra Hakimiyyəti uşaq evini ziyarət etdi
06 Avqust 2025
460
Yeni Klinika rəhbərliyi və tibbi heyəti Nizami Rayon İcra Hakimiyyəti eləcə də Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyilə Nizami rayonu 1 saylı Uşaq Evinin sakinləri ilə görüş keçiriblər.
Azmedinfo.az xəbər verir ki, görüşdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Həsənova həmçinin Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilati işlər və məlumat şöbəsinin müdiri Yeganə Sultanova iştirak ediblər.
Sosial məsuliyyət və humanitar dəyərlərin təşviqi məqsədilə həyata keçirilən ziyarət çərçivəsində uşaqlarla səmimi görüşlər keçirilib, onlara müxtəlif hədiyyələr təqdim olunub, mənəvi dəstək göstərilib.
Ziyarət çərçivəsində iştirakçılar uşaq evində yaradılmış şəraitlə tanış olub, burada yaşayan uşaqların sağlamlıq vəziyyətləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Yeni Klinikanın direktoru Barat Yusubov tədbirdə çıxış edərək qeyd edib ki, bu kimi təşəbbüslər cəmiyyətin ən həssas təbəqələrindən olan uşaqlara dəstək olmaqla yanaşı, həm də insanlıq, mərhəmət və sosial həmrəylik kimi dəyərlərin cəmiyyətimizdə möhkəmləndirilməsinə xidmət edir: “Uşaqlar bizim gələcəyimizdir. Onlara sevgi, qayğı və diqqət göstərmək hər birimizin mənəvi borcudur. Bu cür ziyarətlər təkcə birgə vaxt keçirmək deyil, həm də onların həyatına müsbət təsir göstərmək, gələcəyə inam aşılayan addımlardır,” – deyə direktor bildirib.
Görüş zamanı Könül Həsənova, Yeganə Sultanova eləcə də Nizami rayonu 1 saylı Uşaq Evinin direktoru Nərminə Zöhrabova ölkəmizdə uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan balacalara göstərilən dövlət qayğısından danışıblar.
Sonda Yeni Klinika rəhbərliyi bu cür sosial-humanitar layihələrin gələcəkdə də ardıcıl şəkildə həyata keçirilməsinə və bu istiqamətdə fəal iştirakın davam etdirilməsinə önəm verdiyini vurğulayıb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
Pediatriyada genetik tədqiqatlar və beyin ölümü standartları müzakirə edildiƏn çox oxunanlar22 İyun 2026392
-
Operativ koordinasiya uğurlu orqan transplantasiyasının əsas şərtidirƏn çox oxunanlar18 İyun 2026340
-
Ölkəmizdə ilk dəfə üz iflici üzrə unikal mikrocərrahiyyə əməliyyatı uğurla icra olunubƏn çox oxunanlar18 İyun 2026238
-
Ağ libas, böyük addımlarƏn çox oxunanlar24 İyun 2026208
-
Tibb işçilərinin bilik və bacarıqları artırılırƏn çox oxunanlar18 İyun 2026194
-
Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya şöbəsi beynəlxalq akkreditasiyadan keçibƏn çox oxunanlar20 İyun 2026190
-
Maariflənmə seçimdir, erkən diaqnoz fürsətdir, həyat isə əvəzolunmazdırƏn çox oxunanlar23 İyun 2026184
-
Respublika Pediatriya Mərkəzi tərəfindən Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil edilibƏn çox oxunanlar20 İyun 2026172
-
Professor: İllərlə stress sandığınız ürək ritm pozuntusunun xəbərçisidirƏn çox oxunanlar23 İyun 2026144
-
Dövlət tibb müəssisələrində növbə probleminin ilin sonunadək aradan qaldırılması hədəflənirƏn çox oxunanlar26 İyun 2026134
-
Professor Gülnaz Dadaşova: Kardiologiya sahəsindəki müasir tədqiqatlar tibbi xidmətin keyfiyyətini yüksəldirƏn çox oxunanlar22 İyun 2026132
-
“Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin FərmanıƏn çox oxunanlar26 İyun 2026126
-
“Kəskin zəhərlənmələrin təcili idarə olunması və müasir müalicə yanaşmaları” mövzusunda intensiv təlim kursu uğurla keçirilibƏn çox oxunanlar24 İyun 202698
-
26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə GünüƏn çox oxunanlar26 İyun 202698
-
“Karl Storz laporoskopik simulyasiya üzrə” seminarƏn çox oxunanlar25 İyun 202686
-
Qızdırmanı salan və iltihabəleyhinə dərmanların orqanizminizə zərər verə biləcəyindən xəbərdarsınızmı?Ən çox oxunanlar25 İyun 202684
-
Bakıda vaksin təhlükəsizliyinin monitorinqi üzrə təlimƏn çox oxunanlar26 İyun 202682
-
Boyun fəqərələri yırtığı - Nə vaxt cərrahiyyə qaçılmaz olur?Ən çox oxunanlar27 İyun 202680
-
Son 5 gündə sərinləmək üçün suya girən 40 nəfər boğulubƏn çox oxunanlar24 İyun 202648