Cəmi dörd il (eradan əvvəl 37-41-ci illərdə) hakimiyyətdə olan Roma imperatoru Kaliqula yüzlərlə insanın edam əmrini verən, dənizə müharibə elan edən və şayiələrə görə atını konsul təyin edən tiran kimi xatırlanır.
Azmedinfo.az Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin katibi Günel Məmmədovanın Qədim Roma imperatoru Kaliqulanın "usta zəhərləyici" imicinin arxasında dayanan təbib, tibbi turizmin ən qədim nümunələri, habelə imperator haqqında əldə edilən ən son elmi yeniliklərdən bəhs edən araşdırma məqaləsini oxuculara təqdim edir.
Müəllifin sözlərinə görə, Kaliqula herbologiya və farmakologiyaya dair dərin tibb biliklərə malik olub.
Tədqiqatçılar qeyd edirlər ki, Kaliqulanın müxtəlif xəstəliklərin bitki mənşəli müalicəsi, bu müalicələrin müddəti və təsirləri haqqında ətraflı məlumatı olub. Alimlərin zənnincə, Qədim Roma imperatorunun çoxistiqamətli tibbi bilikləri özünün düçar olduğu epilepsiya və yuxusuzluqla apardığı mübarizə nəticəsində qazandığı şəxsi təcrübələrinə söykənir.
Araşdırma həmçinin ailəsinin zəhərlənmə tarixinə görə Kaliqulanın zəhər əleyhinə vasitələrə və toksikologiyaya böyük marağı olduğunu vurğulayır. Bu, imperatorun "zəhər mütəxəssisi" kimi şöhrətini daha da gücləndirir.
Hər şey Roma tarixçisi Qay Svetoni Trankvill tərəfindən qələmə alınmış "On iki sezarın həyatı" adlı bioqrafik məcmuəsində təsvir olunan kiçik bir epizodla başlayıb. Əsərdə yazıldığı kimi, yüksək rütbəli Roma senatoru naməlum xəstəlikdən əziyyət çəkib.
O, sağalmaq ümidi ilə həmin dövrlərdə zəhərli, lakin müalicəvi bitki helleborus ilə müxtəlif xəstəliklərin müalicəsinin aparılması ilə məşhur olan Yunan kurort şəhəri Antikiraya yola düşüb.
Senator Kaliquladan məzuniyyətini uzatmağı xahiş etdikdə, imperator onun edam olunması barədə əmr verib. Hətta istehza ilə vurğulayıb ki, bütün bu müddət ərzində helleborus ona kömək etməyibsə, deməli qan aldırmasına ehtiyacı var.
Kaliqulanın məhz helleborus və qan aldırmadan bəhs etməsi amerikalı tədqiqatçıların diqqətini çəkib. Beləliklə, aparılan araşdırmalar göstərib ki, qədim Antikira şəhəri xəstəliklərin bitki mənşəli müalicəsi sayəsində hələ qədim dövrlərdən etibarən tibbi turizm mərkəzi hesab olunub.
Yerli işçilər helleborusdan hazırlanmış mürəkkəb zəhərlərdən istifadə ediblər. Bəzən ona zəhərli təsirləri yumşaldan sesamoides (susam) bitkisi də qatıblar.
Ağ helleborus psixi pozğunluqlar üçün istifadə edilib. Çünki onun zehni təmizlədiyinə inanıblar. Qara helleborus bədəndən “pis şirələr”i çıxardığı üçün güclü işlətmə vasitəsi kimi istifadə olunub.
Güman edilir ki, Kaliqula bu barədə məlumatlı olub, hətta ola bilsin ki, özü də orada müalicə alıb.
Elm adamları imperatorun farmakologiya sahəsində məlumatlı olduğuna dair dolayı sübutlar da tapıblar. Belə ki, Kaliqula helleborusla müalicə olunan xəstəliklərdən əziyyət çəkib. Məlumatlara görə o, epilepsiya və əsəb tutmalarından, həmçinin yuxusuzluqdan əziyyət çəkib.
Kaliqula, atasının zəhərləndiyinə dair paranoyasına görə, zəhərlər və zəhər əleyhinə zərdablarla maraqlanıb. Onun qanaldırma ilə bağlı istehzalı zarafatı antik Roma həkimi və alimi Avl Korneli Selsin tibbi traktatından gətirdiyi dəqiq sitatdır.
Bu nöqteyi-nəzərdən yeni tədqiqatın müəllifləri müasir laboratoriyada qədim reseptlərdən olan bitki tərkibli maddələri sınaqdan keçirməyi planlaşdırır.
-
Operativ koordinasiya uğurlu orqan transplantasiyasının əsas şərtidirƏn çox oxunanlar18 İyun 2026320
-
Pediatriyada genetik tədqiqatlar və beyin ölümü standartları müzakirə edildiƏn çox oxunanlar22 İyun 2026282
-
Ölkəmizdə ilk dəfə üz iflici üzrə unikal mikrocərrahiyyə əməliyyatı uğurla icra olunubƏn çox oxunanlar18 İyun 2026212
-
Ağ libas, böyük addımlarƏn çox oxunanlar24 İyun 2026192
-
Tibb işçilərinin bilik və bacarıqları artırılırƏn çox oxunanlar18 İyun 2026170
-
Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya şöbəsi beynəlxalq akkreditasiyadan keçibƏn çox oxunanlar20 İyun 2026164
-
Maariflənmə seçimdir, erkən diaqnoz fürsətdir, həyat isə əvəzolunmazdırƏn çox oxunanlar23 İyun 2026162
-
Dünyanın ilk 8-li çarpaz qaraciyər transplantasiyası - Tibb tarixinin yeni rekorduƏn çox oxunanlar16 İyun 2026150
-
17 iyunun ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı GünüƏn çox oxunanlar17 İyun 2026146
-
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edibƏn çox oxunanlar17 İyun 2026144
-
Respublika Pediatriya Mərkəzi tərəfindən Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil edilibƏn çox oxunanlar20 İyun 2026144
-
Professor: İllərlə stress sandığınız ürək ritm pozuntusunun xəbərçisidirƏn çox oxunanlar23 İyun 2026140
-
Professor Gülnaz Dadaşova: Kardiologiya sahəsindəki müasir tədqiqatlar tibbi xidmətin keyfiyyətini yüksəldirƏn çox oxunanlar22 İyun 2026116
-
Həkim kolonoskopiya ilə bağlı xəbərdarlıq etdi - 40 yaşdan sonra həyati risk artırƏn çox oxunanlar16 İyun 2026114
-
“Kəskin zəhərlənmələrin təcili idarə olunması və müasir müalicə yanaşmaları” mövzusunda intensiv təlim kursu uğurla keçirilibƏn çox oxunanlar24 İyun 202688
-
“Karl Storz laporoskopik simulyasiya üzrə” seminarƏn çox oxunanlar25 İyun 202674
-
Qızdırmanı salan və iltihabəleyhinə dərmanların orqanizminizə zərər verə biləcəyindən xəbərdarsınızmı?Ən çox oxunanlar25 İyun 202674
-
Son 5 gündə sərinləmək üçün suya girən 40 nəfər boğulubƏn çox oxunanlar24 İyun 202636