Azərbaycanda qadın sağlamlığı sahəsində tanınmış mama-ginekoloq Kəmalə Əfəndiyeva gənc qızların fiziki, hormonal və psixoloji sağlamlığını qorumağın yolları haqqında ətraflı danışıb.
Azmedinfo.az olaraq, yeniyetmə qızların sağlamlığına həsr olunmuş dəyərli bir müsahibəni oxucularımızla bölüşürük.
Hormonal dəyişikliklər və risklər
Yeniyetməlik dövründə hormonal sistemin aktivləşməsi bəzən balanssızlıqla müşayiət olunur. Bu, sızanaqların çoxalması, aybaşı pozğunluqları, tərləmənin artması, baş ağrıları, emosional dalğalanmalar və arzuolunmaz tük artımı ilə özünü göstərə bilər. Bu hallar polikistik yumurtalıq sindromu (PKYS), qalxanabənzər vəzin pozğunluqları, prolaktin hormonunun artması və insulin dirənci kimi problemlərin xəbərçisi ola bilər. Erkən diaqnoz sonsuzluq, piylənmə və metabolik sindromun qarşısını almağa kömək edir.
İnfeksiyalardan qorunma və gigiyena qaydaları
İmmunitet sistemi hələ formalaşma mərhələsində olan gənc qızlarda infeksiyalar daha asan inkişaf edir. Sintetik alt paltarları, dar geyimlər, yanlış yuyunma vasitələri və gigiyena qaydalarına riayət edilməməsi riskləri artırır. Qızlara menstruasiya zamanı gigiyenik vasitələrin vaxtında dəyişdirilməsi, şəxsi əşyaların paylaşılmaması və HPV peyvəndi kimi profilaktik tədbirlər erkən yaşdan öyrədilməlidir.
Psixoloji dəstək və bədən kompleksi
Bədəndəki dəyişikliklər – süd vəzilərinin böyüməsi, çəki artımı, dəridə problemlər – gənc qızlarda özgüvən əskikliyi yarada bilər. Ailə, müəllim və həkimlərin dəstəyi, bədənin fərqli və dəyərli olduğunu vurğulayan yanaşma depressiya riskini azaldır.
Qidalanma və fiziki aktivlik
Hormonal tarazlıq və sümük sağlamlığı üçün zülal, kalsium, D vitamini, dəmir və liflə zəngin qidalar vacibdir. Qazlı içkilər və şəkərli məhsullar məhdudlaşdırılmalıdır. Hər gün gəzinti, üzgüçülük, rəqs və ya idman bədəni gücləndirir və psixoloji rahatlıq yaradır.
Profilaktik ginekoloji müayinələr
Cinsi aktivlik başlamadan əvvəl də ginekoloji baxış aparıla bilər. 13-15 yaşdan etibarən ilkin müayinə tövsiyə olunur. Müayinə adətən invaziv olmur, sorğu, fiziki baxış və ultrasəs vasitəsilə aparılır. Erkən aşkar olunan yumurtalıq kistaları, uşaqlıq anomaliyaları və hormon çatışmazlıqları vaxtında müalicə edilir.
Ailə, məktəb və cəmiyyətin rolu
Qızların sağlamlığı ailədən başlayır. Analar və müəllimlər açıq ünsiyyət quraraq gigiyena, qidalanma və emosional dəstək mövzularında düzgün məlumat verməlidir. İnkişaf qüsurlu uşaq doğulmasının qarşısı üçün hamiləlikdən əvvəl genetika, qidalanma və vitamin dəstəyi barədə maarifləndirmə də önəmlidir.
Gənc qızlarımıza yalnız xəstəlik zamanı deyil, sağlam olduqları halda da bədənlərini tanımağı, sevməyi və qorumağı öyrədək. Beləliklə, həm sağlam analar, həm də sağlam cəmiyyət formalaşdıra bilərik.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654