Hepatit B, qaraciyəri hədəf alan və ciddi sağlamlıq problemlərinə yol aça bilən viral infeksiyalardan biridir. Bu virus Hepatit B virusu (HBV) adlanır və dünya üzrə milyonlarla insan bu infeksiyanın daşıyıcısıdır. Xəstəlik həm kəskin, həm də xroniki formada özünü göstərə bilər, xronik hallarda isə qaraciyər sirrozu və qaraciyər xərçəngi kimi ağır fəsadlara səbəb ola bilər.
Azmedinfo.az xəbər verir ki, qastroenteroloq-hepatoloq, invaziv-endoskopist Dr. Aqil Ağakişiyevin sözlərinə görə, HBV-nin yoluxma yolları əsasən insan orqanizminə yoluxmuş qanın, sperma və ya digər bədən mayelərinin daxil olması ilə bağlıdır. Bu baxımdan hepatit B-nin yayılmasına şərait yaradan əsas risk faktorlarını aşağıdakı kimi qruplaşdırmaq olar:
İnsandan insana yoluxma yolları:
Virusa yoluxmuş şəxslə qorunmasız cinsi əlaqə;
İynə, şpris və ya narkotik maddələrin ortaq istifadəsi;
Qanla və açıq yaralarla təmas;
Steril olmayan tibbi və ya kosmetik alətlərlə prosedurlar (məsələn, döymə və pirsinq);
Eyni diş fırçası, ülgüc və ya dırnaq alətlərindən istifadə;
Doğuş zamanı anadan körpəyə yoluxma.
Xüsusilə risk altında olanlar – tibb işçiləri, qan transfuziyası keçirmiş şəxslər, çoxlu cinsi partnyoru olanlar və narkotik maddələrdən istifadə edənlər – bu virusun qarşısının alınması üçün mütəmadi yoxlanmalı və peyvəndlə qorunmalıdırlar.
Həkim qeyd edib ki, HBV çox davamlı virusdur, xarici mühitdə uzun müddət aktiv qala bilər. Bu səbəbdən gigiyena qaydalarına əməl olunmaması, alətlərin qeyri-steril istifadəsi və şəxsi əşyaların paylaşılması ciddi təhlükə yaradır.
Hepatit B-dən qorunmaq üçün nə etmək lazımdır?
HBV-yə qarşı peyvənd olunmaq;
Cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə;
Tibbi və kosmetik prosedurlar zamanı steril şəraitə diqqət;
Uşaqların vaxtında doğumdan sonra peyvəndlənməsi;
Şəxsi gigiyena əşyalarının paylaşılmaması.
"Unutmayaq ki, hepatit B çox zaman simptomsuz keçə bilər, lakin orqanizmdə illərlə davam edən xroniki proseslərə səbəb ola bilər. Erkən diaqnostika və qoruyucu tədbirlər bu infeksiyanın cəmiyyətə yayılmasının qarşısını almaqda həlledici rol oynayır", - deyə ekspert vurğulayıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654