Kompleks ginekoloji və proktoloji problemlərin uğurlu cərrahi həlli ilə pasiyentin vəziyyətində ciddi klinik yaxşılaşma müşahidə olunub.
Azmedinfo.az xəbər verir ki, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Yoğun və Düz Bağırsaq Cərrahiyyəsi şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, proktoloq Nərgiz Məmmədova mürəkkəb klinik vəziyyətdə olan pasiyentin uğurlu müalicə prosesindən danışıb.
Həkim bildirib ki, pasiyent mərkəzə sidiyə getdikdə tam boşalma hissinin olmaması, defekasiya zamanı çətinlik və qəbizliyə meyillilik kimi şikayətlərlə müraciət edib. Aparılan hərtərəfli müayinə və funksional qiymətləndirmə nəticəsində xəstəyə mərhələli şəkildə kombinə olunmuş cərrahi müdaxilə qərara alınıb.
Qeyd edib ki, əməliyyat iki mərhələdə həyata keçirilib:
Birinci mərhələ
Ümumi anesteziya altında, Pfannenstiel kəsiyi ilə sallanmış uşaqlığın korreksiyası məqsədilə alloplastik material (TOR) vasitəsilə təsbit aparılıb. Bununla servikosakropeksiya əməliyyatı icra olunub. Bu müdaxilə uşaqlığın sallanması və ona bağlı sidik ifrazı pozğunluqlarının aradan qaldırılmasına yönəlib.
İkinci mərhələ
Daha sonra arxa kolporafiya və ön levatoroplastika əməliyyatları həyata keçirilib. Bu prosedurlar defekasiya aktının normallaşdırılması və çanaq dibi əzələlərinin gücləndirilməsini təmin edib.
Əməliyyatlardan sonra pasiyentin kompleks şikayətləri aradan qalxıb, klinik əlamətlərdə əlamətdar dərəcədə yaxşılaşma müşahidə olunub. Xəstənin vəziyyəti stabil olub və dinamik müşahidə altına alınıb.
Bu klinik hal bir daha göstərir ki, ginekoloji və proktoloji problemlərin inteqrativ yanaşma və mərhələli cərrahi müdaxilə ilə həlli, pasiyentlərin həyat keyfiyyətini nəzərəçarpacaq dərəcədə artırmağa imkan verir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654