"Xankəndi" Futbol Klubu idarəetmə strukturunun daha da təkmilləşdirilməsi və klubun qarşıdakı inkişaf hədəflərinin daha səmərəli həyata keçirilməsi məqsədilə ard-arda mühüm addımlar atır. Klubun Ümumi Yığıncağı bu gün keçirilən iclasında Müşahidə Şurasının yaradılmasını qərara alıb.
Azmedinfo.az xəbər verir ki, keçirilən səsvermə nəticəsində Elgün Səmədov yekdilliklə "Xankəndi" FK-nın Müşahidə Şurasının sədri seçilib.
Qeyd edək ki, Müşahidə Şurası klubun strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, idarəetmə proseslərinin təkmilləşdirilməsi, klubun maliyyə və təşkilati fəaliyyətinə nəzarət, uzunmüddətli inkişaf planlarının hazırlanması və əsas qərarların qiymətləndirilməsi istiqamətində fəaliyyət göstərəcək. O, "Xankəndi" FK-nın idman siyasətinin, infrastruktur layihələrinin, akademiyanın inkişafının, sponsorluq və tərəfdaşlıq əlaqələrinin daha sistemli şəkildə qurulmasına öz töhfəsini verəcək.
"Xankəndi" Futbol Klubu qarşıya qoyduğu əsas məqsədlərdən biri kimi peşəkar idarəetmə modelinin formalaşdırılmasını, dayanıqlı inkişafı və Azərbaycan futbolunda xüsusi yer tutan bir klub quruculuğunu müəyyən edib. Müşahidə Şurasının yaradılması, məhz bu istiqamətdə atılan mühüm addımlardan biridir.
Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı – azmedinfo.az-ın kollektivi tanınmış cərrah Elgün Səmədovu "Xankəndi" Futbol Klubunun yeni yaradılan Müşahidə Şurasının sədri seçilməsi münasibəti ilə səmimi qəlbdən təbrik edir, onun əvəzolunmaz töhfələri nəticəsində "Xankəndi" FK-nın qısa zamanda özünün dayanıqlı inkişafı, peşəkar klub modelinin formalaşdırılması və Azərbaycan futbolunda özünəməxsus mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində qarşıya qoyduğu hədəflərə çatacağından əminliyini izhar edir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654