Kritik vəziyyətdə doğulan yenidoğulmuş 31 günlük müalicədən sonra sağaldı
23 İyun 2025
724
Yeni Klinikanın Neonatologiya şöbəsində rezus izoimmunizasiyasına bağlı fetal hidrops diaqnozu ilə dünyaya gələn yenidoğulmuş xilas edilib.
Azmedinfo.az klinikanın məlumatına istinadən yazır ki, 32 yaşlı ananın altıncı hamiləliyindən olan dördüncü doğuşunda, körpədə prenatal dövrdə fetal hidrops aşkarlanıb. Hamiləliyin erkən dövrlərində aparılan müayinələr zamanı dölün vəziyyətinin ağır olduğu aşkarlanaraq ana bətnində üç dəfə mübadilə qanköçürməsi həyata keçirilib. Qeyd edək ki, ana əvvəlki iki övladını yenidoğan dövründə məhz rezus izoimmunizasiyası nəticəsində itirib.
Körpə hamiləliyin 33-cü həftəsində, təcili qeysəriyyə əməliyyatı ilə 3 kq 200 qr çəkidə dünyaya gəlib. Doğulduğu andan etibarən vəziyyəti kritik ağır olaraq qiymətləndirilib - bədənin bütün nahiyələrində geniş ödem (anasarka), qarın boşluğunda (assit), plevral və perikardial sahələrdə massiv maye toplanması müşahidə olunub.
Körpə dərhal Yeni Klinikanın Neonatal intensiv terapiya şöbəsinə yerləşdirilib və süni ventilyasiya dəstəyi ilə tənəffüsü təmin edilib, ağciyərlərin maturasiyası üçün surfaktant tətbiq olunub. Eyni zamanda, hemodinamik stabilliyin bərpası məqsədilə reanimasion tədbirlər görülüb, mübadilə qanköçürməsi və intensiv fototerapiya həyata keçirilib.
Müalicə prosesi Neonatologiya şöbəsinin müdiri Əkbər Quliyevin rəhbərliyi ilə, həkim-neonatoloqlar Cəmilə Əhmədova, Könül Əliyeva, Hilal Budaqova, Güləndam Abdullayeva və İlahə Cəfərova tərəfindən həyata keçirilib. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 31 gün davam edən müalicədən sonra körpə 2 kq 700 qr çəki ilə sağlam şəkildə ailəsinə təhvil verilib.
Bu uğurlu nəticə, rezus izoimmunizasiyasına bağlı ağır hallarda vaxtında prenatal müdaxilə, yüksək səviyyəli neonatal reanimasiya xidmətlərinin birgə effektivliyinin canlı sübutudur.
Məlumat üçün bildirək ki, fetal hidrops - dölün (fetusun) orqan və toxumalarında, bədənin müxtəlif boşluqlarında (plevra, perikard, qarın boşluğu) patoloji maye toplanması ilə xarakterizə olunan ağır klinik haldır.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654