Hipoqlikemiya qanda şəkərin kritik səviyyədən aşağı düşməsi, diabetli xəstələr üçün ciddi, hətta həyati təhlükə kəsb edən bir vəziyyətdir. Vaxtında tanınmadığı və müdaxilə edilmədiyi təqdirdə, hipoqlikemik komaya qədər irəliləyə bilən bu haldır.
Azmedinfo.az xəbər verir ki, tanınmış endokrinoloq Rəhilə Mansur hipoqlikemiyanın səbəbləri, əlamətləri və ilkin yardım yolları barədə ətraflı məlumat verib: "Hipoqlikemiya, qanda şəkərin diabetli xəstələrdə 70 mq/dl-dən, diabeti olmayan şəxslərdə isə 50 mq/dl-dən aşağı düşməsi halıdır".
Qeyd edib ki, bu vəziyyət bir neçə səbəbdən yarana bilər:
Yanlış dərman dozası: Xəstənin təsadüfən yüksək doza insulin və ya oral antidiabetik dərman qəbul etməsi.
Yemək rejiminin pozulması: Şəkərli diabet xəstəsinin insulin və ya oral antidiabetik dərman qəbul etdikdən sonra əsas və ya ara yeməyi ötürməsi.
Həddindən artıq fiziki aktivlik: Həmişəkindən daha çox fiziki aktiv olub, dərman və qidalanmanı buna uyğun tənzimləməmək.
Alkoqol qəbulu: Alkoqol istifadəsi qanda şəkərin kəskin düşməsinə səbəb ola bilər.
Qadınlarda menstrual dövr: Menstruasiya zamanı bəzi qadınlarda qanda şəkərin səviyyəsində dəyişikliklər müşahidə oluna bilər.
"Hipoqlikemiya zamanı bədən müxtəlif siqnallar verir. Bu əlamətləri vaxtında tanımaq və düzgün reaksiya vermək həyati əhəmiyyət daşıyır", - deyə endokrinoloq bildirib və əlamətləri sadalayıb:
Halsızlıq, dəri rənginin avazıması,
Titrəmə, soyuq tər basması,
kKəskin aclıq hissi, ürəkbulanma,
Həyəcanlılıq, ürək döyüntülərinin tezləşməsi,
Başgicəllənmə və görmənin pozulması.
Rəhilə Mansur vurğulayır ki, xəstəni bu vəziyyətdən çıxarmaq üçün təcili tədbir görülməlidir. Xəstəyə 3-4 ədəd qənd və ya 1 stəkan (150-200 ml) meyvə şirəsi verilməlidir. Əgər növbəti yemək 30 dəqiqədən gecdirsə, təkrar hipoqlikemiyanın qarşısını almaq üçün yemək daha önə çəkilməlidir. Unutmayın ki, vaxtında yardım edilməzsə, xəstə huşunu itirə və hipoqlikemik komaya düşə bilər.
Endokrinoloqlar, diabetli xəstələri qanda şəkər səviyyəsinə nəzarət etməyə, düzgün qidalanma rejiminə riayət etməyə və dərmanlarını vaxtında qəbul etməyə çağırır. Hər hansı narahatlıq hiss etdiyinizdə dərhal həkiminizə müraciət edin.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654