Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
24 İyul 2026, Cümə, 05:00
Əlaqə vasitələri
Bizimlə əlaqə
Həkim qaraciyər exinokoku haqqında danışdı
20 Fevral 2025
1008
Həkim qaraciyər exinokoku haqqında danışdı

Qaraciyər exinokoku parazitar bir xəstəlikdir, törədicisi eccinococcus granulosisdir.

 

Azmedinfo.az xəbər verir ki, ümumi cərrah Toğrul Məhərrəmovun sözlərinə görə, bu parazit insanlara itlərdən keçir. Parazit itlərin nəcisi vasitəsilə ətraf mühitə yayılır. Nəcislə çirklənmiş sular, meyvələr təmiz yuyulmadıqda ondan istifadə edən insanlara keçir. Lakin parazit insandan insana keçmir.


Qaraciyər exinokoku çox zaman hər hansı bir şikayət yaratmır. Bəzi hallarda digər orqanların müayinəsi zamanı aşkar olunur.

 

Parazit qaraciyərin içində yavaş-yavaş inkişaf edərək qaraciyərin böyüməsinə səbəb olur. Bu zaman sağ qabırğa altında ağrılar baş verə bilər. Bəzən olur ki, exinokok kistası öd yollarına təzyiq göstərərək sarılıqla da özünü biruzə verə bilər.

Əlavə məlumat:


(+994) 70 388 38 83

Sabunçu Tibb Mərkəzi


Ən çox oxunanlar