Böyük Britaniya, İtaliya, Tayvan və Fransanın bir sıra universitetlərindən olan tədqiqatçılar aspirinin xərçəngin inkişafına necə təsir etdiyini öyrənə biliblər.
Azmedinfo.az xəbər verir ki, “Nature” elmi jurnalında dərc olunan məqalədə elm adamları məşhur dərmanın xərçəng hüceyrələrinin bütün bədənə yayılmasının qarşısını alma mexanizmini ətraflı izah ediblər.
Laboratoriya siçanları üzərində aparılan təcrübələr zamanı mütəxəssislər müəyyən ediblər ki, aspirin qəbulu döş xərçəngi, kolon xərçəngi və melanoma da daxil olmaqla bədxassəli şişlərin metastazı ehtimalını azaldır. Tədqiqatçılar, aspirin verilən heyvanların qaraciyər və ağciyər kimi orqanlarda metastaz olma ehtimalının nəzarət qrupunda olanlara nisbətən daha az olduğunu aşkar ediblər.
Aspirinin əsas təsiri onun iltihabi prosesləri boğmaq qabiliyyəti ilə əlaqəli olduğu ortaya çıxb. Məlumdur ki, dərman tromboksan A2 istehsalına cavabdeh olan fermentin fəaliyyətini bloklayır. Bu maddə qan damarlarının daralmasına və qan laxtalarının əmələ gəlməsinə təsir göstərir, lakin məlum olduğu kimi, T-limfositlərin - xərçəng hüceyrələrinin məhvində iştirak edən immun sisteminin hüceyrələrinin fəaliyyətini də boğur. Tromboksan A2 səviyyəsinin aspirinlə aşağı salınması immunitet sisteminin şişin yayılması ilə daha yaxşı mübarizə aparması ilə nəticələndi.
Əldə edilən məlumatlar alimlərə aspirinin metastatik xərçəngin müalicəsində köməkçi vasitə kimi istifadə oluna biləcəyini təklif etməyə imkan verib. Bununla belə, bu fərziyyəni qəti şəkildə təsdiqləmək üçün əlavə tədqiqatlar tələb olunacaq. Mütəxəssislər həmçinin aspirinin terapevtik effektini artırmaq üçün onun müasir immunoterapiya üsulları ilə birləşdirilməsi imkanlarını nəzərdən keçirirlər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654