Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
21 Aprel 2026, Çərşənbə axşamı, 12:37
Əlaqə vasitələri
Bizimlə əlaqə
Psixoloq cütlüklərin mübahisələrə yanaşmasından bəhs edib
06 Aprel 2025
406
Psixoloq cütlüklərin mübahisələrə yanaşmasından bəhs edib

Cütlüklərin konfliktlərə yanaşma üsulu onların münasibətlərinin keyfiyyətinə və uzunmüddətli davamlılığına əhəmiyyətli dərəcədə təsir edir. Konfliktlərin idarə olunması prosesi tərəflərin münasibətlərini ya möhkəmləndirə, ya da zəiflədə bilər. 



Azmedinfo.az xəbər verir ki, uzman psixoloq Cəmilə Rəhimlinin sözlərinə görə, cütlüklər arasında müəyyən fərqliliklər, xüsusən də şəxsiyyətlərarası ziddiyyətlər, uzunmüddətli və hətta ömür boyu həll olunmayan problemlər ola bilər. Bununla belə, bu vəziyyət xoşbəxt münasibətin olmaması ilə əlaqələndirilmir. 



Xoşbəxt cütlüklər belə məsələlərə fərqli yanaşma nümayiş etdirirlər. Belə ki, illər, hətta onilliklər boyu təkrar gündəmə gələn bu mövzular onların qarşılıqlı dialoqunu zənginləşdirir. Bu cütlüklər, həll yolu tapılmasa belə, müzakirələrə davam edir və bu cür dialoqlar tərəflərin bir-birini daha yaxşı anlamasına, müəyyən hallarda isə razılığa gəlməsinə şərait yaradır. 



Bu kontekstdə cütlük terapiyaları xüsusilə əhəmiyyət kəsb edir. Belə terapiyalar, tərəflərə konfliktlərin konstruktiv şəkildə idarə olunmasında və uzunmüddətli həll strategiyalarının hazırlanmasında dəstək göstərir. Həmçinin, tərəflər arasında sağlam ünsiyyət qurma bacarıqlarını inkişaf etdirərək, onların münasibətlərində daha dərin və qarşılıqlı anlayışın formalaşmasına töhfə verir. 

Ən çox oxunanlar