Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
24 İyul 2026, Cümə, 06:13
Əlaqə vasitələri
Bizimlə əlaqə
Neyrocərrah: Bu xəstəliklər qarışqalanma hissi yarada bilər
07 Aprel 2025
598
Neyrocərrah: Bu xəstəliklər qarışqalanma hissi yarada bilər

Ayaqda qarışqalanma, adətən sinirlərin sıxılması, qan dövranının azalması və ya sinir iltihablanması kimi hallarla əlaqələndirilir.

 

Azmedinfo.az xəbər verir ki, uzman neyrocərrah Röyal Mehtiyev bəzi yaygın səbəbləri sadalayıb:



1. Sinir sıxılması: Bel yırtığı, sinir sıxılması və ya diabet kimi vəziyyətlər sinirlərin zədələnməsinə və qarışqalanma hissi yaratmağa səbəb ola bilər.

2. Dolaşım problemləri: Qan axınının azalması, məsələn, varikoz damarlar və ya periferik arter xəstəliyi kimi hallar ayaqda qarışqalanma hissi yarada bilər.

3. B12 vitamini çatışmazlığı: Sinir sağlamlığı üçün vacib olan B12 vitamini çatışmazlığı qarışqalanma və uyuşma hisslərinə səbəb ola bilər.

4. Sinir iltihabları: Məsələn, tez-tez şəkər xəstəliyinə bağlı olaraq inkişaf edən nevropatiya qarışqalanma hissi yarada bilər.

5. Fiziki duruş problemləri: Uzun müddət eyni vəziyyətdə durmaq və ya oturmaq sinir sıxılmasına və qarışqalanma hissinə səbəb ola bilər.

Ən çox oxunanlar