Lids Universitetindən olan britaniyalı alimlərin apardığı araşdırmaya əsasən, hətta qlobal istiləşmə ən optimist ssenari üzrə (+2°C) inkişaf etsə belə, bu əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsində 5-10 metrlik azalma müşahidə oluna bilər.
Azmedinfo.az xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələri “Communications Earth & Environment” elmi jurnalında dərc olunub.
Tədqiqatçılar bildirirlər ki, ən pessimist proqnozlar reallaşarsa, suyun səviyyəsi 21 metrədək aşağı düşə bilər. Bu cür dəyişikliklər Xəzər regionunda yaşayan təxminən 15 milyon insan üçün genişmiqyaslı ekoloji fəlakət riskini artırır.
Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi, nadir ekosistemin qorunmasında mühüm əhəmiyyət daşıyır. Xəzər suitisi, ağcaqayın, ulduz nərə kimi endemik növlər bu bölgədə yaşayır.
Aparılan hesablamalara görə, temperaturun azca yüksəlməsi belə dəniz səthinin təxminən 112 min kvadrat kilometr azalmasına səbəb ola bilər ki, bu da İslandiyanın ümumi ərazisindən daha çoxdur. Dənizin dayaz hissələrində yerləşən ekoloji və iqtisadi baxımdan dəyərli ərazilərin su altında qalması, biomüxtəlifliyə və əhalinin dolanışığına mənfi təsir göstərə bilər.
Xəzərin şimal sahillərində yaşayan əhali isə daha ciddi təsirlərlə üzləşə bilər. Çünki balıqçılıq fəaliyyətinin dayanması onların əsas gəlir mənbəyini aradan qaldıracaq, iqlim şəraiti isə kənd təsərrüfatı kimi alternativ sahələrin inkişafına imkan verməyəcək.
Bundan əlavə, Bakı və Aktau kimi əsas liman şəhərləri yeni sahil xəttindən onlarca kilometr aralıda qalaraq, mövcud neft və logistika infrastrukturunun köklü dəyişdirilməsini zəruri edəcək.
Xəzərin dayazlaşması Aral dənizi böhranını xatırladan ssenarilərə də səbəb ola bilər — yəni dəniz dibindəki duz və sənaye tullantılarının havaya qarışaraq zəhərli toz fırtınaları yaratması riski mövcuddur.
Nəticə olaraq, alimlər bu təhlükələrin qarşısını almaq məqsədilə qorunan ərazilərin yaradılması, biomüxtəlifliyin davamlı monitorinqi və sahilyanı regionların iqtisadi fəaliyyətlərinin şaxələndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsini tövsiyə edirlər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654