Diabetik nefropatiya şəkərli diabetin böyrəklərdə damar zədələnməsi ilə müşayiət olunan və ciddi fəsadlara yol aça bilən xroniki ağırlaşmasıdır. Bu hal, şəkərli diabetə bağlı ölüm səbəbləri arasında mühüm yer tutur.
Azmedinfo.az xəbər verir ki, endokrinoloq Rəhilə Mansurun sözlərinə görə, diabetik nefropatiya (DN) tip 1 diabetli şəxslərdə diaqnoz qoyulduqdan 5-15 il sonra, tip 2 diabetli şəxslərdə isə artıq diaqnozun qoyulduğu andan etibarən müşahidə edilə bilər. Xəstəliyin erkən mərhələsi simptomsuz keçsə də, sidik analizində mikroalbuminuriya aşkarlanması DN diaqnozunun göstəricisidir.
Xəstəliyin irəliləmiş mərhələlərində isə arterial təzyiqin yüksəlməsi, sidikdə zülal atılımı ilə bağlı əl və ayaqlarda şişkinlik, çəki artımı, tez-tez sidiyə getmə, iştahasızlıq, ürəkbulanma və qusma kimi əlamətlər müşahidə oluna bilər.
Həkim xəbərdarlıq edir ki, DN vaxtında nəzarət və müalicə olunmadıqda xroniki böyrək çatışmazlığına, nəticədə isə dializ və böyrək köçürülməsi əməliyyatına gətirib çıxara bilər.
Endokrinoloq böyrəklərinizi qorumaq üçün aşağıdakı məqamlara diqqət yetirilməsini tövsiyə edir:
-
Qanda şəkər səviyyəsi mütəmadi olaraq nəzarətdə saxlanılmalı;
-
Arterial təzyiq normada saxlanılmalı;
-
Günlük zülal və duz qəbuluna nəzarət edilməli;
-
Xolesterin dərmanları təyin olunubsa, onlar düzgün və vaxtında qəbul edilməli;
-
Siqaret istifadəsi dərhal dayandırılmalı;
-
Fiziki aktiv həyat tərzi seçilməli.
Xəstəliyin fəsadlarından qorunmaq üçün həkim nəzarətində olmaq və tövsiyələrə ciddi əməl etmək həyati əhəmiyyət daşıyır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654