Qlobal istiləşmə nəticəsində denge qızdırması və çikungunyanın Avropada endemik hal ala biləcəyi ilə bağlı xəbərdarlıq edilir. Bu, həmçinin xəstəliklərin daşıyıcısı olan “pələng ağcaqanadı”nın yayılması, eləcə də urbanizasiyaya və səyahətlə də bağlıdır.
Azmedinfo.az “Lancet Planetary Health” jurnalında bununla bağlı dərc olunan tədqiqata diqqət çəkib. Təqdiqat 35 il ərzində epidemiya riski ilə iqlim, ətraf mühit, sosial-iqtisadi şərait, demoqrafik və entomoloji məlumatlar daxil olmaqla bir çox amillər arasında əlaqəni təhlil edib.
Qeyd olunur ki, hazırda 129 ölkədə 4 milyarda yaxın insan əvvəllər əsasən tropik və subtropik ölkələrdə aşkar edilmiş və əsas daşıyıcıları “Aedes aegypti” sarılıq və “Aedes albopictus” “pələng” ağcaqanadları olan dəngə və ya çikungunya qızdırmasına yoluxma riski altındadır.
İqlim nə qədər isti olarsa, “Pələng” ağcaqanadının inkişaf dövrü qısalır və temperaturun təsiri altında həşəratda virusun çoxalma sürəti artır.
Avropada ilk epidemiyaya 25 ildən çox vaxt lazım olsa da, denge və çikungunya qızdırması epidemiyalarının tezliyi və miqyası yalnız 2010-cu ildən başlayaraq artıb. Təkcə 2024-cü ildə 304 denge qızdırması hadisəsi qeydə alınıb ki, bu da əvvəlki 15 ildəki 275 yoluxmanı üstələyir. Xəstəliyin yerli miqyasda yayılması dörd ölkədə aşkar edilib: İtaliya, Xorvatiya, Fransa və İspaniya. Demək olar ki, bütün hallar (95 faiz) iyul-sentyabr ayları arasında baş verib, onların dörddə üçü şəhər və ya şəhərətrafı ərazilərdə, qalan dörddəbiri isə kənd yerlərində qeydə alınıb.
Yay mövsümündə temperaturun hər bir dərəcə artması epidemiya riskini artırır. Beləliklə, müəlliflər iddia edirlər ki, çox yüksək temperaturlu yay ayları yoluxmanın daha sürətlə yayılmasına səbəb olur.
Proqnozlarına görə, 2060-cı illərdə epidemiya riski 1990-2024-cü illərdə olduğundan beş dəfə artıq ola bilər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654